Hibrid avtomobillərin satışı nə zaman vergiyə cəlb olunur?
- 501
- 0
- 15-07-2022, 18:31
Avtomobil satışı ilə məşğul olan müəssisə beş hibrid avtomobil idxal edib.
Həmin avtomobillərin cari təmir işləri görülməklə satışı həyata keçirilərsə, bu zaman ƏDV öhdəliyi yaranırmı?
Masin.az Oxu.az-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır.
Bununla yanaşı, istehsal tarixi 3 ildən yuxarı olan hibrid avtomobillərin satışı isə ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur.