Aeratravel.az
Aeratravel.az

Hyundai rəsmi olaraq Stargazer adlı yeni büdcə minivenini təqdim etdi

  • 571
  • 0
  • 16-07-2022, 16:40
Hyundai rəsmi olaraq Stargazer adlı yeni büdcə minivenini təqdim etdi

Masin.az xəbər verir ki, Hyundai İndoneziyada Asiya bazarı üçün yeni STARGAZER büdcəli minivenini təqdim etdi.

Hyundai şirkəti rəsmi olaraq Cənub-Şərqi Asiyanın inkişaf etməkdə olan ölkələri üçün nəzərdə tutulmuş yeni Stargazer büdcə minivenini təqdim etdi. İlk bazarı İndoneziya oldu: orada artıq 16-20 min dollara sifariş üçün əlçatandır.

"Stargazer"-in dizaynının əsas xüsusiyyətləri gözlənilən "böyük" ven modeli Staria-dan miras qalmışdır: onları eyni edən oxşar radiator barmaqlığı, yan tərəflərdəki oxşar blok faralar, gündüz işləyən işıqların eyni LED "lenti" və həcmli kuzovudur.

Hyundai şirkətinin yeni modelinin uzunluğu, eni və hündürlüyü müvafiq olaraq 4460, 1780 və 1690 millimetrdir, yəni ölçülərinə görə Hindistan istehsaı Kia Carens-dən (4540/1800/1708 mm) bir qədər yığcamdır, lakin təkər bazası (2780 mm) baxımından onunla tamamilə eynidir.

Stargazer-in salonu standart olaraq yeddi nəfərlikdir, lakin baza versiyasından başqa bütün versiyalar üçün əlavə olaraq ikinci sıra “kapitan” kresloları və qatlanan oturacaqları var. Sürücünün ixtiyarında həmçinin bir korpusda birləşdirilmiş media sistemi olan rəqəmsal cihazları həcmi üçüncü sıranın oturacaq arxaları ilə 585 litrə çatan böyük baqajı var.

Avadanlıq olduqca qeyri-ənənəvidir. Baza versiya minivenlərdə sadə halogen faralar, 15 düymlük təkər diskləri, iki ədəd ön təhlükəsizlik yastığı, ABS və 8 düymlük displeyli multimedia var. "Orta" komplektasiyalarda LED faralar, 16 düymlük disklər, parkinq sensorları olan arxa görüntü kamerası, kruiz-kontrol və qaldırma köməkçisi sistemi var, "yüksək"-də isə dəri salon, altı ədəd təhlükəsizlik yastığı, salonda atmosfer işıqlandırması, smartfon üçün simsiz doldurma və elektron sürücü köməkçilərinin tam dəsti var.

Mühərrikin isə alternativi yoxdur. Ən azından İndoneziyada Hyundai Stargazer yalnız altı pilləli “mexanika” ilə aqreqatlaşdırıılmış, CVT variatoru ilə və 1,5 litrlik benzin atmosfer mühərriki ilə təklif olunacaq. Bütün versiyalar ön ötürücüyə malikdir.


Tərcümə: Famil Ələkbərli

Mənbə: avtonovostidnya.ru

Şərhlər