Aeratravel.az
Aeratravel.az

Avropa avtomobil bazarıda satışlar iyun ayında 17% azalıb

  • 475
  • 0
  • 16-07-2022, 17:12
Avropa avtomobil bazarıda satışlar iyun ayında 17% azalıb

Avropada minik avtomobillərinin satışı iyunda 17,3% azalaraq 959 954 avtomobil təşkil edib. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, son 11 ay ərzində mənfi dinamika qeydə alınıb və Ukraynadakı vəziyyətlə əlaqədar olaraq logistika problemləri nəticəsində yeni avtomobillərin istehsalı üçün komponentlərin çatışmazlığı səbəbindən tədarükdə davam edən fasilələrlə əlaqədardır. Cari ilin 1-ci yarısının yekunlarına görə, Avropada avtomobil satışı 5 milyon 27 min 547 ədəd (-14,3%) təşkil edib. İyunun nəticələrinə görə, Avropa İttifaqında ən çox avtomobil Almaniyanın “Volkswagen” brendi tərəfindən satılıb – 112208 avtomobil (-28%). İkinci yeri 70111 avtomobillə (-11,6%) Yaponiyanın Toyota şirkəti tutur. Brend reytinqində, demək olar ki, bərabər nəticələrlə növbəti yerdə iki fransız şirkəti qərarlaşıb - Renault (68999 ədəd; -16,6%) və Peugeot (68973 ədəd; -4,8%). İlk beşliyi isə 59033 avtomobil (-15,6%) satan alman premium brendi BMW bağlayır.


Tərcümə: Famil Ələkbərli

Mənbə: autostat.ru

Şərhlər