Aeratravel.az
Aeratravel.az

Hyundai Ioniq 6-nın texniki xüsusiyyətlərini açıqladı: 610 km-ə qədər məsafə və 18 dəqiqəyə enerji doldurma

  • 660
  • 0
  • 16-07-2022, 21:36
Hyundai Ioniq 6-nın texniki xüsusiyyətlərini açıqladı: 610 km-ə qədər məsafə və 18 dəqiqəyə enerji doldurma

Masin.az xəbər verir ki, HYUNDAI şirkəti 2023-cü ilin HYUNDAI IONIQ 6 yeni elektrikli sedanını təqdim etdi.

İyunun sonunda Hyundai yeni Ioniq 6 elektrik sedanını təqdim etdi. Düzdür, o zaman şirkət yalnız görünüşünü açıqlamışdı, lakin texniki xüsusiyyətləri gizli saxlamışdı. İndi Hyundai yeni elektromobilin bəzi texniki xüsusiyyətlərini açıqlayıb.

Hyundai təsdiq edib ki, Ioniq 6 E-GMP modul platformasında qurulub. Baza versiyası 53 kVt/saatlıq akkumulyator və gücü bildirilməyən arxa oxa quraşdırılmış elektrik mühərriki ilə təchiz ediləcək.

Sedanın top versiyası 610 km-ə qədər məsafəyə malik 77,4 kVt/saat batareya əldə edəcək - bu da Ioniq 5-dən təxminən 100 km çoxdur. Belə Ioniq 6 həm arxa, həm də ön təkər ötürücülü və 605 Nm fırlanma anına malik ümumi gücü 320 at gücünə malik iki mühərriklə təklif olunacaq. Bu konfiqurasiyada "yüzə qədər" sürətlənmə cəmi 5,1 saniyə çəkəcək.

Bundan əlavə, Ioniq 6 xüsusi enerji istehlakı səviyyəsinə malikdir. Sedanın 53 kVt/saat akkumulyatorlu, arxa ötürücülü, tək mühərrikli və 18 düymlük təkərli baza versiyası 100 kilometrə 14 kVt/saatdan az enerji sərf edir ki, bu da onu bazarda enerjiyə qənaət edən avtomobillərdən birinə çevirir.

Ioniq 6 həm 400W, həm də 800W şarjı dəstəkləyir. 350 kVt gücündə şarj cihazı ilə elektrik avtomobilini 10%-dən 80%-ə qədər doldurmaq cəmi 18 dəqiqə çəkəcək. Və, Ioniq 5 kimi, Hyundai-nin yeni sedanı da ondan istənilən elektrik cihazını doldurmağa imkan verir.

Elektrikli "altılıq" müxtəlif avtomobil sistemləri üçün simsiz proqram yeniləmələrini dəstəkləyən ilk Hyundai modeli oldu. Salonda Apple CarPlay və Android Auto dəstəyi ilə 12 düymlük məlumat-əyləncə sistemi ekranı, həmçinin səkkiz dinamikli premium Bose akustikası ilə birlikdə 12 düymlük rəqəmsal alətlər qrupu var.

Təkmilləşdirilmiş sürücüyə yardım sistemləri həqiqətən yüksək səviyyədə təhlükəsizlik təmin edir. Onların arasında “ağıllı” sürət məhdudlaşdırma sistemi ilə adaptiv kruiz-kontrol, fövqəladə avtomatik əyləc sistemi ilə toqquşmaların qarşısının alınması sistemi, uzaq işıq köməkçisi və kor nöqtənin monitorinqi var. Hətta arxa sərnişinlər üçün avtomobildən çıxan zaman avtomobilin arxadan yaxınlaşması barədə xəbərdarlıq edən təhlükəsizlik sistemi də var.

Ioniq 6-nın istehsalına 2022-ci ilin üçüncü rübündə başlanmalıdır. Yeni elektromobilin dünya bazarına çıxarılmasının vaxtı daha sonra açıqlanacaq. Bu arada, onun 12 eksteryer rəngində və dörd daxili bəzək rəngində təklif ediləcəyi məlum olub.


Tərcümə: Famil Ələkbərli

Mənbə: avtonovostidnya.ru

Şərhlər