Aeratravel.az
Aeratravel.az

Toyota dörd kuzov versiyasında yeni Crown-u təqdim etdi

  • 697
  • 0
  • 17-07-2022, 00:46
Toyota dörd kuzov versiyasında yeni Crown-u təqdim etdi

Toyota rəsmi olaraq yeni Crown-u təqdim etdi. On altıncı nəslinə keçən keçmiş sedan qlobal modelə (40 müxtəlif bazarda satılacaq) və dörd kuzov versiyasında bütöv bir avtomobil ailəsinə çevrildi: kross-sedan, hetçbek, ənənəvi sedan və universal.

Yeniliyin baza versiyası krossoverdir, o, əslində açılan arxa hissəsi olan krossover-sedandır. Onun uzunluğu, eni və hündürlüyü müvafiq olaraq 4928, 1839 və 1539 mm, təkər bazası isə 2850 mm-dir.

Xarici görünüş baxımından avtomobil kuzov tipi kimi köklü şəkildə dəyişdi. Yeri gəlmişkən, kuzovun özü tamamilə yenidir - bamperlər, qeyri-adi optika (hər bir fənər dörd blokdan ibarətdir) və perimetri ətrafında yüngül plastik kuzov dəsti ilə avtomobilə bütün yollar üçün imic görüntüsünü vermək üçün nəzərdə tutulmuşdur. Salonda iki ədəd 12,3 düymlük ekran, müasir üçmilli sükan, rəqəmsal güzgü, ön şüşə üçün proyeksiya, sabit olmayan sürət qutusuna malik kütləvi mərkəzi tunel və 10 dinamikli premium akustika ilə təchiz olundu.

Yeni Crown-un dizaynı müasir TNGA-K modul platformasına əsaslanır ki, o da Toyota Camry, RAV4, Avalon, Venza-nın ən son nəsillərində istifadə olunur. Asqılar bir-birinə bağlı deyil: qabaqda “Makferson” dayaqları, arxada isə rahat multilink var.

Əvvəlcə Crown kross-sedanı yalnız 2,5 litrlik benzinli atmosfer  və nikel-hidrid akkumulyatorlarla birlikdə 2,4 litrlik turbo mühərriklə təchiz edilmiş hibrid güc aqreqatları ilə satılacaq. Birincisi 186 at gücünə və 221 nm fırlanma anına, ikincisi isə 272 at gücünə və 460 nm fırlanma anına malikdir. Hər iki versiya təkmil E-Four tam ötürücü sistemi ilə təchiz edilmişdir.

Toyota Safety Sense markalı təhlükəsizlik kompleksi artıq baza komplektasiyasındadır. Bir çox digər müasir Toyota avtomobillərindən fərqli olaraq, Crown üçün o optimallaşdırılıb və o cümlədən avtomatik uzaqdan idarə olunan parkinq xidmətçisi daxil olmaqla bir sıra ən son sistemlər əlavə edilib.


Tərcümə: Famil Ələkbərli

Mənbə: avtonovostidnya.ru

Şərhlər