Aeratravel.az
Aeratravel.az

AVTOVAZ prezidenti Sokolov yeni ailə LADA avtomobillərini hazırlamağı planlaşdırır

  • 521
  • 0
  • 17-07-2022, 01:19
AVTOVAZ prezidenti Sokolov yeni ailə LADA avtomobillərini hazırlamağı planlaşdırır

Uzunmüddətli perspektivdə AvtoVAZ C sinif LADA  avtomobillərinin tamamilə yeni ailəsini buraxmağı planlaşdırır. Bunu Togliatti avtonəhənginin prezidenti Maksim Sokolov deyib.

“Artıq uzunmüddətli perspektivdə biz tamamilə yeni rus platformasından istifadə etməyi planlaşdırırıq. Ola bilsin ki, bu gün AvtoVAZ-ın fəaliyyət göstərdiyi sinif olan B seqmentindən bir qədər yüksək C sinfinə doğru addımlar atacağıq. Bu, yenidən AvtoVAZ-ın və bütövlükdə Rusiya avtomobil sənayesinin yeni strategiyası ilə əlaqələndiriləcək”, - Maksim Sokolov deyib.

Top menecer dəqiqləşdirib ki,, həqiqətən də bu platformada prinsipial olaraq yeni model xətti qurulacaq. Onun sözlərinə görə, bunun üçün mütləq böyük sərmayələr tələb olunacaq, lakin LADA alıcıları “olduqca layiqincə və haqlı olaraq müasir avtomobil sürmək istəyirlər”.

Sokolov hər şeyin əvvəlcə şirkətin səhmdarları və direktorlar şurası səviyyəsində, sonra isə Sənaye və Ticarət Nazirliyində nəzərdən keçiriləcəyi AvtoVAZ strategiyasının müddəalarından asılı olacağını qeyd edərək, təklif olunan investisiyanın konkret məbləğini göstərməyib.


Tərcümə: Famil Ələkbərli

Mənbə: avtonovostidnya.ru

Şərhlər