Aeratravel.az
Aeratravel.az

BMW avtomobillərində oturacaqları qızdırmaq ödənişli olacaq

  • 699
  • 0
  • 17-07-2022, 01:49
BMW avtomobillərində oturacaqları qızdırmaq ödənişli olacaq

Masin.az Vc.ru-ya istinadən xəbər verir ki, BMW müəyyən ölkələrdə oturacaqların qızdırılması abunəliyini ayda 18 dollara satmağa başlayıb.

Abunəliklə digər funksiyaları da əldə edə bilərsiniz.

    Ön oturacaqların qızdırılması üçün abunə haqqı ayda 18 dollar və ya ildə 180 dollara başa gəlir. Üç illik abunə 300 dollara, "məhdudiyyətsiz" giriş isə 415 dollara başa gələcək.

    Digər mümkün ödənişli variantlar arasında sükanın qızdırılması (ayda təxminən 12 dollar), sürücü köməkçisi (ayda təxminən 41 dollar) və digərləri var.

    Qəzet qeyd edir ki, avtomobil istehsalçısının abunəliyi dəqiq nə vaxt işə salması və konkret hansı ölkələrdə aktiv etdiyi məlum deyil. Motor1.com Cənubi Koreyada satışa çıxarıldığı barədə məlumat yayıb. Böyük Britaniya, Almaniya, Yeni Zelandiya və Cənubi Afrikadan olan sürücülər də abunə ola bilərlər.

    BMW xidməti genişləndirmək planları ilə bağlı suala cavab verməyib.


Tərcümə: Famil Ələkbərli

Şərhlər