Aeratravel.az
Aeratravel.az

AvtoVAZ LADA Niva Legend adlı sadələşdirilmiş yolsuzluq avtomobillərinin istehsalına başladı

  • 869
  • 0
  • 17-07-2022, 12:24
AvtoVAZ LADA Niva Legend adlı sadələşdirilmiş yolsuzluq avtomobillərinin istehsalına başladı

Bundan əvvəl Classic’22 konfiqurasiyasında LADA Granta-nın yığılması bərpa edilmişdi, indi isə şirkət LADA Niva Legend-in istehsalına başlayıb.

Yolsuzluq avtomobili bəzi variantlardan məhrum olan Classic’22 versiyasını da əldə edib, lakin o, həm də daha ucuz satılacaq.

"AUTOSTAT" agentliyinin mətbuat xidmətinin rəhbəri Azat Timerxanov hesab edir ki, məşhur yolsuzluq avtomobilinin yeni komplektinin qiymətləri 750-800 min rubl arasında (cari kursla 21150 AZN - 22560 AZN) olacaq.

Şirkət hələ dəqiq qiyməti açıqlamayıb, lakin əvvəlki modelin baza versiyasının qiyməti 818900 rubl (cari kursla 23000 AZN) idi.

LADA Niva Legend-in mühərriki və transmissiyası dəyişməz qalıb və o, beş pilləli mexaniki sürətlər qutusu və mərkəzi diferensialı bloketmə və reduktor diapazonunu işə salmaq imkanı olan tam ötürücü sistemi olan 1,7 litrlik 83 at gücündə aqreqatdır.


Tərcümə: Famil Ələkbərli

Mənbə: tvoe-avto.com

Şərhlər