Aeratravel.az
Aeratravel.az

Yaxın vaxtlarda Lada avtomobillərinin qiyməti aşağı düşəcək

  • 763
  • 0
  • 17-07-2022, 12:48
Yaxın vaxtlarda Lada avtomobillərinin qiyməti aşağı düşəcək

Lada avtomobillərinin qiyməti yaxın gələcəkdə azalacaq - buna güzəştli kreditləşdirmə proqramlarının bərpası və rublun məzənnəsinin sabitləşməsi kömək edəcək, bu barədə AvtoVAZ şirkətinin prezidenti Maksim Sokolov RİA Novosti-yə müsahibəsində bildirib.

“Sənaye və Ticarət Nazirliyi avtomobillərin son qiymətini aşağı salacaq tələbi dəstəkləyən proqramlar hazırlayır. Ola bilsin ki, bazarın orta qiymətinə uyğunlaşacaq, amma yenə də çox vacibdir. Hesab edirik ki, yaxın gələcəkdə müəyyən stabilləşmə, qiymət dəqiqləşməsi ola bilər”.

"Bu proqramın işə salınmasından sonra biz əminik ki, indi istehsal olunan avtomobillər - belə desək, anti-sanksiya formatında - pik vaxtından daha ucuz satılacaq", - Sokolov əlavə edib. İyulun əvvəlində Rusiya Federasiyasının Sənaye və Ticarət Naziri Denis Manturov demişdi ki, bu ay güzəştli avtomobil kreditləri və lizinq proqramları bərpa oluna bilər.

Sokolov izah edib ki, daha əvvəl komponentlər dollar və avronun kəskin bahalaşması ilə bağlı bahalaşıb. İndi məzənnə aşağı düşsə də, ilin əvvəlində sığortalamaq üçün satınalmalar ilin  birinci yarısının qabaqlayıcı məzənnəsi ilə keçirilirdi. Həmçinin, "müəyyən komponentlərin hava ilə tədarükü ilə bağlı qərarlar qəbul etmək" lazım olduqda  logistikadakı dəyişiklik komponentlərin qiymətinin artmasına səbəb olurdu.


Tərcümə: Famil Ələkbərli

Mənbə: mk.ru


Maraqlıdır: İkinci əl Hyundai Sonata

Şərhlər