Aeratravel.az
Aeratravel.az

Britaniya polisi bu səbəbdən 320 min avroluq Lamborghinini müsadirə edib

  • 622
  • 0
  • 17-07-2022, 14:41
Britaniya polisi bu səbəbdən 320 min avroluq Lamborghinini müsadirə edib

Britaniya polisi sığortası olmadığı üçün dəyəri təxminən 320 min avro olan Lamborghini avtomobilini müsadirə edib. Sportkar şənbə günü Milton Keynesdə tapılıb.

Zabitlər tvitterdə yazıblar ki, "biz bu gözəl Lamborghini Aventadoru Milton Keynes şəhərinin mərkəzində ön nömrə nişanı olmadan sürdüyünü gördük". Sonradan məlum oldu ki, sürücü “sığortasının olduğunu sübut edə bilməyib”. Avtomobil müvafiq qanunvericiliyə uyğun olaraq müsadirə edilib.

Polis məlumatdan əlavə avtomobilin platformaya yükləndiyi an da daxil olmaqla, onun fotosunu da platformaya yerləşdirib.


Tərcümə: Famil Ələkbərli

Mənbə: point.md


Şərhlər