Aeratravel.az
Aeratravel.az

AvtoVAZ 2022-ci ilin sentyabrında sadələşdirilmiş Lada Largus və Niva Travel avtomobillərinin satışına başlaya bilər

  • 534
  • 0
  • 17-07-2022, 15:06
AvtoVAZ 2022-ci ilin sentyabrında sadələşdirilmiş Lada Largus və Niva Travel avtomobillərinin satışına başlaya bilər

Rusiya istehsalçısı AvtoVAZ sadələşdirilmiş Lada Largus və Lada Niva Travel avtomobillərini ən yaxşı halda sentyabr ayında dilerlərə göndərməyə başlayacaq. Bu barədə Lada.online portalı xəbər verib.  2022-ci ilin avqustunda bu modellərin istehsalına başlanacaq.

Bundan əvvəl “Largus” və “Niva Travel”in avqust ayından dilerlərə göndərilməyə başlayacağına dair yanlış məlumatlar yayılmışdı. AvtoVAZ-ın dilerlərinə göndərdiyi məktubunda 2022-ci ilin avqust ayı üçün avtomobillərin tender kampaniyasının iyulun 13-dən 14-dək keçiriləcəyi bildirilib. Dilerlər yalnız hazırda istehsal edilmiş avtomobilləri sifariş edə biləcəklər. Bu, Klassik '22, Cross, Drive Active, həmçinin Lada Niva Legend komplektasiyalarında olan Lada Grantadır.

Bundan əvvəl AvtoVAZ-ın rəhbəri Maksim Sokolov bildirmişdi ki, “Lada Niva Legend” yolsuzluq avtomobillərinin istehsalının avqustda bərpa olunması planlaşdırılır. Avtomobil ABS, Era-Glonass və yeganə hava yastığından məhrum olacaq. İnsayderlər bildiriblər ki, Lada Largus vaxtından əvvəl konveyerə minə bilər. Vaqonların və furqonların rənglənməsinə iyulun 19-da, kütləvi istehsalın isə iyulun 22-də bərpa olunması planlaşdırılır.


Tərcümə: Famil Ələkbərli

Mənbə: ufocar.ru

Şərhlər