Aeratravel.az
Aeratravel.az

Xiaomi avqust ayında özünün ilk elektromobilini təqdim edəcək

  • 480
  • 0
  • 17-07-2022, 15:36
Xiaomi avqust ayında özünün ilk elektromobilini təqdim edəcək

Xiaomi şirkətinin baş direktoru və təsisçisi Ley Çzyun avqust ayında şirkətin ilk elektrik avtomobilinin prototipini təqdim edəcək. Xiaomi rəhbəri layihənin plana uyğun davam etməsinə nəzarət edir.

Qeyd olunur ki, prototipin təqdimatından sonra avtomobilin ilk qış sınaqları da daxil olmaqla yol sınaqlarına başlanacaq. Elektrikli avtomobili hazırlayan komanda Weltmeister Maven konsept avtomobili üzərində işləyən Şanxayda yerləşən HVST Automobile Design şirkətinin bir hissəsidir.

Məlumdur ki, Xiaomi öz avtomobil markasını təqdim etməyə hazırlaşır və artıq ictimaiyyətlə əlaqələr üzrə direktor işə götürüb. Yeni brendin marketinq kampaniyası prototipin təqdimatından sonra başlayacaq.

Keçən il Xiaomi avtomobil bölməsini inkişaf etdirmək üçün 10 milyard dollar ayırmışdı. Xiaomi-nin avtomobil istehsal edən zavodu İçjuanda tikiləcək, burada şirkətin tədqiqat və inkişaf mərkəzi də olacaq. Gözlənilən istehsal gücü ildə 300000 avtomobil olacaq.

Bununla belə, ilkin mərhələdə ildə təxminən 150 min avtomobil istehsal olunacaq və ilk modellər 2024-cü ildə satışa çıxarılacaq. Avtomobil şöbəsinin araşdırma komandasında hazırda mindən çox işçi var və böyüməkdə davam edir. Hələlik şirkət dəyəri 150-dən 300 min yuana qədər (cari kursla 37700 AZN-dən 75400 AZN-ə qədər) 4 fərqli model buraxmağı planlaşdırır.


Tərcümə: Famil Ələkbərli

Mənbə: gazeta.ru

Şərhlər