Aeratravel.az
Aeratravel.az

Almaniya sakini təhlükəli avtopilota görə Teslanı 112 min avroluq məbləğ iddiası ilə məhkəməyə verib

  • 635
  • 0
  • 17-07-2022, 16:48
Almaniya sakini təhlükəli avtopilota görə Teslanı 112 min avroluq məbləğ iddiası ilə məhkəməyə verib

Münhen məhkəməsi Tesla-nı avtopilotun nasazlığına görə Model X krossoverinin sahibinə 112 min avro ödəməyə məcbur edib.

Qəzetin yazdığına görə, verilən təzminat avtomobilin özünün dəyərinin böyük bir hissəsini təşkil edir. Məhkəmə onun avtomobilindəki avtopilot sistemini etibarsız və şəhərdə avtomobil sürərkən ciddi təhlükə yaradan kimi qiymətləndirib.

Xüsusilə, proses zamanı məlum olub ki, avtopilot sistemi maneələri, o cümlədən tikinti işləri ilə əlaqədar yolun daralmasını etibarlı şəkildə tanıya bilmir. Bundan əlavə, avtomobil tez-tez lazımsız yerə öz-özünə əyləc basır, bu da şəhərin mərkəzində hərəkət edərkən arxadan toqquşma ehtimalını kəskin şəkildə artırır.

Tesla hüquqşünaslarının avtopilotun şəhər şəraiti üçün nəzərdə tutulmadığına dair arqumenti məhkəmə tərəfindən qəbul edilməyib.


Tərcümə: Famil Ələkbərli

Mənbə: gazeta.ru

Şərhlər