Aeratravel.az
Aeratravel.az

İranda cırtdan elektromobil təqdim edildi

  • 689
  • 0
  • 21-07-2022, 09:55

Masin.az Oxu.az-a istinadən xəbər verir ki, Paraks startapı İran elektrik avtomobili “Cheetah Yooz”u təqdim edib.

Lakin yeniliyə ilk baxışdan məlum olur ki, bu, orijinal ideya deyil və Çinin “Rayttle E28” modelinin əkizidir. Sonuncu isə öz növbəsində Fransa istehsalı “Renault Twizy”nin klonudur.

Şəhər elektomobili arxa oxa quraşdırılmış 20 at gücünə malik elektrik mühərriki ilə idarə olunur. Onun akkumulyatorunun tutumu 7,7 kilovat-saatdır və iddia edilən gediş məsafəsi 80-100 kilometrdir. Elektromobilin maksimal sürəti saatda 80 kilometrdir.

Birinci mərhələdə elektomobildən 30 nüsxə hazırlanacaq. Daha sonra onun istehsalı artırılacaq.

Elektomobilin satış tarixi və qiyməti açıqlanmayıb.


Şərhlər