Aeratravel.az
Aeratravel.az

Yeni HYUNDAI IONIQ 7 modeli 3 sıralı yolsuzluq avtomobilinə çevriləcək

  • 759
  • 0
  • 21-07-2022, 20:53
Yeni HYUNDAI IONIQ 7 modeli 3 sıralı yolsuzluq avtomobilinə çevriləcək

Satışların başlanma tarixləri açıqlandı.

Hyundai keçən il Koreya brendinin üçüncü elektromobili olacaq yeni Ioniq 7 krossover konseptini təqdim etdi. İndi daha bir prototip Busan avtosalonunda debüt etdi. Vizual olaraq keçən ilki modeldən fərqlənir. Bundan başqa, Koreya brendinin nümayəndələri bildiriblər ki, 2024 Hyundai Ioniq 7 konsepti bir qədər dəyişib: böyük krossover əvəzinə yolsuzluq avtomobili hazırlanacaq.

İstehsalçı gələcək yeni məhsulu haqqında bütün təfərrüatları açıqlamayıb (foto: Hyundai). Buna baxmayaraq məlumdur ki, Koreya modelinin istehsalına 2023-cü ildə başlanacaq. Elə o zaman da satışa çıxarılacaq. Konseptdəki dəyişikliklə əlaqədar olaraq, 7 yerlik Ioniq 7 kifayət qədər ciddi şəkildə yenidən dizayn edilmişdir. İndi avtomobil yolsuzluq avtomobillərinin üslubuna daha çox uyğun gəlir.

Koreya yeniliyi radiator qəfəsini təqlid edən nəhəng dekorativ əlavəni saxlayıb. Başlığın kənarında LED xətti hələ də uzanır. Onun altında tərtibatçılar 3 LED işıq qoyublar. Bundan başqa daha qalın LED xətti onlardan enir. Ioniq 7-nin gövdəsi hamarlaşıb, damı isə maili olub. Geniş təkər tağları nazik bir örtüklə tamamlanır. Bu, həm də yolsuzluq avtomobilləri üçün daha xarakterikdir. Bundan əlavə, Koreya modeli böyük təkər diskləri əldə edib.

Yəqin ki, təqdim olunan Ioniq 7 seriyalı modeli kütləvi satışa hazırdır. Lakin istehsalın başlanmasına təxminən bir il qaldığından, Hyundai-nin kuzov konfiqurasiyasında dəyişiklik etməyəcəyini istisna etmək olmaz. Yəqin ki, Koreya yeniliyi standart olaraq iki elektrik mühərriki ilə təchiz olunacaq. Bu, həm modelin flaqman statusu, həm də yerləşdirmə xarakteri ilə dəstəklənir.


Tərcümə: Famil Ələkbərli

Mənbə: naavtotrasse.ru

Şərhlər