Aeratravel.az
Aeratravel.az

Cadillac Celestiq 2025 modelinin yeni tizer fotolarını nümayiş etdirdi

  • 766
  • 0
  • 21-07-2022, 23:17
Cadillac Celestiq 2025 modelinin yeni tizer fotolarını nümayiş etdirdi

Masin.az xəbər verir ki, model iyulun 22-də debüt edəcək.

Tezliklə Amerikanın Cadillac şirkəti dünyaya özünün yeni flaqmanı Celestiq 2025 modelini təqdim edəcək. İki ilə yaxındır ki, onun haqqında şayiələr gəzir. Modelin təqdimatı iyulun 22-nə planlaşdırılıb. İndi isə marağımızı daha da artırmaq üçün brend daha bir neçə tizer şəkilləri yayımladı.

İyulun 22-də bizə yalnız şou-kar, yəni serial versiyasının konsepti göstəriləcək. Bununla belə, tam hazır avtomobilin ondan heç bir şəkildə fərqlənməməsi ehtimalı yüksəkdir. Tizer şəkilləri bizə arxa tərəfdəki tam fastback formasını, eləcə də işıqlandırılmış şirkət emblemini göstərir. Arxa şaquli faralar da yanlarda işıqlandırılacaq. Aydındır ki, Celestiq tamamilə elektriklidir. O, GM Ultium platformasında hazırlanacaq.

İndiyə qədər mühərriklər və onların gücü haqqında heç bir məlumat yoxdur, lakin fotoşəkillərin birində Michelin-dən idman təkərlərini görürük. Belə rezin ən çox Porsche 911 kimi modellərlə əlaqələndirilir. Buna görə də, bəzi  Cadillac komplektasiyalarında avtomobilin çox yüksək gücə və performansa sahib olacağını düşünməyə dəyər. Fotoşəkillərdən birində bizə çoxlu sayda müxtəlif ekranları olan dörd yerlik interyer göstərilir, onlardan ən böyüyü alətlər panelində quraşdırılıb. Çox güman ki, istehsal versiyası təqdim olunan oturacaqların incəliyinə görə son dərəcə narahat göründüyünə görə bir qədər fərqli interyer əldə edəcək.

Onu deyə bilərik ki, Celestiq çox dəbdəbəli, texnoloji cəhətdən inkişaf etmiş, güclü və çox güman ki, həddindən artıq bahalı olacaq. Cadillac yeni alıcılara böyük bir fərdiləşdirmə siyahısından istifadə edərək modeli özləri üçün fərdiləşdirmək imkanı verəcək. İyulun 22-də yalnız konsept nümayiş etdiriləcək, ona görə də istehsal versiyasının debütünü 2024-cü ildə gözləmək olar.


Tərcümə: Famil Ələkbərli

Mənbə: naavtotrasse.ru

Şərhlər