Aeratravel.az
Aeratravel.az

Volkswagen yeni turbo mühərrik təqdim etdi

  • 533
  • 0
  • 23-07-2022, 19:03
Volkswagen yeni turbo mühərrik təqdim etdi

Volkswagen konserni EA211 ailəsinin ikinci nəsil 1.5 TSI modelini təqdim etdi. Mühərrikin gücü dəyişmədi, lakin güc quraşdırmasının özü daha qənaətcil oldu.

Bəli, bəlkə də burada ən mühüm yenilik silindrlərin yarısını söndürmək üçün təkmilləşdirilmiş sistemdir, o, öz iş diapazonunu genişləndirib, ona görə də indi mühərrik əksər iş rejimlərində iki silindrlə işləməyi bacarır. Təəssüf ki, istehsalçı istehlak rəqəmlərini qeyd etmir, yalnız yeni mühərrikin sələfindən otuz faiz daha qənaətcil olduğunu bildirir. 

Gücünə gəlincə, onun gücü 150 at qücünə bərabərdir. İlk mühərriki Volkswagen T-Roc krossoveri əldə edəcək.  Xatırladaq ki, 2030-cu ilə qədər konsern yalnız elektriklə işləyən avtomobillər istehsal edəcək.


Tərcümə: Famil Ələkbərli

Mənbə: motorpage.ru


Maraqlı xəbər:

turbo.az, tap.az, boss.az və bina.az saytlarının sahibi 1 milyard dollar itirdi


Şərhlər