Aeratravel.az
Aeratravel.az

Toyota Prius v (+), 2014 il, 1.8 L

21500 AZN
  • 84
  • 20-01-2024
  • № 1886
  • Vəziyyəti: İşlənmiş
  • Marka: Toyota
  • Model: Prius v (+)
  • Ban növü Hetçbek / Liftbek
  • Yanacaq növü: Benzin
  • Sürətlər qutusu: Avtomat
  • Ötürücü: Ön
  • Mühərrikin həcmi: 1.8 l.
  • Mühərrikin gücü: 99 a.g.
  • Yürüş: 383786 km
  • Buraxılış ili: 2014
  • Rəng: Qara
  • Qapı: 5 qapılı
  • Şəhər: Bakı şəhəri
  • Yüngül lehimli disklər
  • ABS
  • Kruiz kontrol
  • Ksenon lampalar
  • Mərkəzi qapanma sistemi
  • Kondisioner
  • Yağış sensoru
  • Yan pərdələr
Kredit mümkündür Lizinq mümkündür

Avtomobil 2020-ci ildə Gürcüstandan Azərbaycana gətirilib. Ailədə 2-ci maşın kimi istifadə olunub, yəni Taxi məqsədilə istifadə olunmuş maşın deyil. İllər ərzində maşının xarab olan detallarının hamısı original detalla əvəz olunub, xüsusilə 17 batareykası dəyişdirilib yenisi ilə əvəz olunub. Daim keyfiyyətli 0-20W Petro Fact yağından istifadə olunub (bahalı yağdır, bilənlər bilir). Xüsusi sifarişlə Yaponiyadan "Angel" işığı olan faralar gətizdirilib, şəhərdə belə farası olan Prius yoxdur bildiyim qədərilə. Aİ95 yanacağı ilə sürülüb həmişə, ta ki, 2 manat olanadək. Sonradan Aİ92 + Bardahl firmasının original oktan qaldırıcı qatqısından istifadə olunub. İldə 2 dəfə EQR sistemi yuyulub, şamlar dəyişdirilib, sonuncu dəfə isə 1 ay qabaq olunub. Payızda yeni 4 fəsil təkər alınıb. Daim Hybryd service də qulluq olunub.Avtomobil tam rənglənib, illər ərzində detallarına düşən cızıqlar səbəbindən tam rənglətmişik.(alıcıya rənglənmədən öncə videosu göstəriləcək ki, kənar düşüncələri olmasın). Bir sözlə ailənin təhlükəsiz, səliqəli istifadəsi üçün daim avtomobilə qulluq olunub. Maşının saz vəziyyətdədir,bütün funksiyaları işlək vəziyyətdədir. Alan adam heç bir xərc çəkməyəcək maşına. Avtomobil barəsində deyə bilərəm ki, çox dözümlü və ekonom maşındır, benzin sərfiyyatı da çox azdır. Təcili satılmır, maşın alverçiləri narahat etməsin zəhmət olmasa. Bu maşın bizə çox gözəl yol yoldaşı olub bu illər ərzində,istərdim ki, alacaq adam da bu maşına gözəl baxsın.Satmaqda məqsədimiz SUV almaq istəyimizdir.

Şərhlər