Sırala:

Mühərrik çox yanacaq işlədir? Ehtiyatlı olun, dağıla bilər!

  • 217
  • 0
  • 26-06-2021, 21:49
Mühərrik çox yanacaq işlədir? Ehtiyatlı olun, dağıla bilər!

Azərbaycandakı avtomobillərin çoxu köhnədir. Ona görə də bu hal ilə çox rastlaşırıq. 

Belə ki, avtomobil birdən-birə çox yanacaq istifadə etməyə başlayır. Bu halda nasazlıqlar: elektronika, yanacaq sistemi, yanma kamerası, yüklənmə, istifadə qaydası və mühərriklə bağlı digər səbəblərdən ola bilər.

İstənilən halda yanacağın normaldan çox işlənməsi bir xətadır. Əgər avtomobildə belə hal varsa, onda diqqətli olun, çünki mühərrik dağıla bilər.

Səbəb odur ki, itkiyə gedən yanacaq bəzən yağ ilə qarışıq və bunu sürücü hiss etmir, bir müddətdən sonra (bu 2 saat da ola bilər, 1 ay da) yağdakı özüllülük (viskozluq) itir, nəticədə isə mühərrik dağılır.

Hətta qarışım az olsa belə, yağ qismən keyfiyyətini itirir və bu halda aşınma sürətlənir, bir müddətdən sonra çox yanacaq istifadə edən maşının mühərrikindən səs gəlir. 

Belə hallar olarsa yağa diqqət edin və qulağınız da mühərrikdə olsun, səs artırsa, dərhal avtomobili saxlayın, çünki dağılmaq üzrədir.

Hörmətli istifadəçilər, yağla bağlı suallarınız olarsa AVTOK1UB Yağ Mərkəzinə müraciət edə bilərsiniz.

Şərhlər