Aeratravel.az
Aeratravel.az

Yeni nəsil “Genesis G90”

  • 1 291
  • 0
  • 6-12-2021, 10:24
Yeni nəsil “Genesis G90”

Böyük sedan "Genesis G90" 2015-ci ildə debüt etdi (əvvəl doğma Koreyada EQ900 indeksini daşıyırdı) – bu, "Hyundai"a məxsus premium brendin "ilk övladı"dır. Flaqman üç il əvvəl əsaslı müasirləşməyə məruz qalıb və indi yeni nəsil modeli hazırdır. Düzdür, "Genesis" bizə "ikinci" G90-ın yalnız xarici görünüşünü qiymətləndirməyi təklif etdiyi halda: interyerin fotosu hələ yoxdur, xüsusiyyətləri də açıqlanmayıb. Belə bir "dörd qapılı"nın tam hüquqlu təqdimatı dekabrın ortalarında qeyd olunacaq.



Mövcud "Genesis" modellərinin ardınca, yeni "G90" ikicərgəli diod başlıq optikasına malik oldu. Lakin, xətlərin özləri daha da incələşdirilib, əlavə olaraq, ön qanadlardakı dönmə siqnalının təkrarlayıcıları da zolaqlar şəklində hazırlanıb – keçən yaz təqdim olunan konseptual Genesis X kupesindəki kimi. Yeni "G90"ın digər yenilikləri – ailənin nəhəng sərinləşdirici (radiator) barmaqlığıdır (lakin fərqli naxışlı), süyürtməli qapı tutacaqları, "sınıq" pəncərə altı xətti və arxa tərəfdəki nazik parlayan zolaqlardır. Aralıqların miqdarını azaltmaq üçün mühərrik bölməsi qapağı qanadlarla birləşdirilib.



Standart yeni sedanla birlikdə uzadılmış versiyası da nümayiş edildi. Köhnə limuzində kor mərkəz əlavəsi olsa da, yeni uzun bazalı "Genesis G90"da bu əlavə yoxdur: bu versiyada indi arxa qapılar dartılıb. Həmçinin, "uzun" model xaricdən böyük miqdarda xrom dekorasiya ilə fərqlənirdi, üstəlik xüsusi dizaynlı 20 düymlük təkərlər qoyuldu.



Yeni limuzinin təkər bazasının adi dördqapılıdan 190 mm uzun olduğu açıqlanıb. Gəlin, geridə nəsil modelinin ölçülərini xatırlayaq: standart "Genesis G90"ın uzunluğu 5205 mm, oxlar arasındakı məsafə 3160 mm, "G90 L" üçün müvafiq olaraq 5495 və 3450 mm-dir.

Dəyişikliyə məruz qalmış əvvəlki nəslin sedanı yalnız benzin mühərrikləri ilə təchiz olunur, sıraya biturbo – V6 3.3 T-GDI (370 at gücü), atmosfer mühərriki – V6 3.8 GDI (315 at gücü) və V8 5.0 GDI (425 at gücü) daxildir. Bütün mühərrikləri 8 pilləli avtomat sürət qutusu birləşdirir. Vətənində G90, həm arxa, həm də tam ötürücülü olmaqla, 6 pilləli olur. V8 olan avtomobillər tam ötürücülüdür. Bu arada, qeyri – rəsmi məlumatlara görə, 8 pilləli sürət qutusu, yeni nəsil "Genesis G90" cərgəsində artıq olmayacaq.



Koreyada bu il "dördqapılı" flaqmanı dərin "mənfi"dədir: yanvar ayından oktyabr ayına qədər 4548 ədəd satılıb ki, bu da bir il əvvəlkindən 45% azdır.


Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər