Aeratravel.az
Aeratravel.az

Nyu-York polisi Tesla sürəcək

  • 913
  • 0
  • 11-12-2021, 12:12
Nyu-York polisi Tesla sürəcək

Masin.az xəbər verir ki, Nyu-York hökuməti polis və digər orqanlara yeni Tesla Model 3 almaq üçün 12.4 milyon dollar xərcləmək niyyətindədir.

16 dekabr tarixində elektromobillərin alınması ilə bağlı iclas keçiriləcək. Müqavilədəki maşınların sayı açıqlanmasa da, güman olunur ki, bu məbləğə təxminən 200-300 sayda Tesla Model 3 almaq olar.

Daha əvvəl Nyu-York polis şöbəsi yol patrul xidməti üçün müəyyən sayda Tesla Model 3 əldə edib. Maşınlar bütün xüsusi avadanlıqla təchiz olunub. Yerli polis orqanları hesab edir ki, şöbə elektromobil tətbiq etməklə hər bir maşın üçün il ərzində 6 min dollar qənaət edir.


Şərhlər