Aeratravel.az
Aeratravel.az

Mercedes Avropada ilk dəfə avtopilotu olan maşın satacaq

  • 1 385
  • 0
  • 11-12-2021, 20:09
Mercedes Avropada ilk dəfə avtopilotu olan maşın satacaq

Mercedes-Benz Avropada ilk dəfə üçüncü səviyyəli qabaqcıl avtopilotu olan avtomobil satışına tam hüquqi icazə alan ilk istehsalçı oldu.

Drive Pilot sistemi sürücüyə hərəkət zamanı əllərini sükandan tamamilə çəkməyə imkan verir. Bu barədə Masin.az Mercedes-Benz mətbuat xidmətinə istinadən xəbər verir.

Yeni texnologiyanın ilki Mercedes-Benz S-Class oldu. Yeni Drive Pilot aktiv təhlükəsizlik sistem kompleksi artıq Almaniyada təsdiqləndi və eyni zamanda alman maşınları Çin və ABŞ-da da sertifikatlaşdırma sınaqları keçirir.



Drive Pilot hələ 2020-ci ildə yeni Mercedes-Benz S-Class-ın rəsmi premyerasında təqdim olunmuşdu. Amma hüquqi məsələlərin həlli iki ilə yaxın davam etdi. Mercedes-Benz sistemi hələlik Almaniya avtoban şəbəkəsinin müəyyən hissələrində və 60 km/s-a qədər işləyir. Sürücü istənilən vaxt idarəetməyə hazır olmalıdır.



“Drive Pilot sürücüyə fikrini yoldan ayrılmağa və diqqətini həmkarları ilə ünsiyyətdə olmaq, internetdə iş görmək və filmə baxmaq kimi müəyyən ikinci səviyyəli hərəkətlərə cəmləməyə imkan verir”, - Mercedes-Benz qeyd edir.

Maraqlıdır ki, Drive Pilot rejimində avtomobilin mərkəzi displeyində maşının normal hərəkəti zamanı blok edilmiş proqramları aktiv etmək mümkündür.

Yeni sistemin əhəmiyyətli sürət məhdudiyyətinə baxmayaraq, assistent tıxaclarda hərəkət etmək üçün mükəmməldir. Drive Pilot buraxılış zamanı Almaniya magistrallarının ümumi uzunluğu 13.2 min km olan hissələrində işləyəcək.

Yalnız kameralardan istifadə edən Tesla-dan fərqli olaraq alman sedanında LİDAR markalı uzaq mənzilli radarlar və kameralar quraşdırılıb. Maşın həmçinin təcili yardım maşınlarının yaxınlaşmasını əvvəlcədən eşitməyə imkan verən xarici mikrofona malikdir, təkər tağındakı rütubət sensoru isə yol örtüyünün vəziyyətinə nəzarət etməyə imkan verir.

Mercedes-Benz Drive Pilot sistemi 2022-ci ilin əvvəlindən istifadəyə veriləcək. Şirkət avtopilotun flaqman sedanlarda olacağını gizlətmir, ancaq zamanla bu texnologiya şirkətin digər modellərində də əlçatan olacaq. Onilliyin sonuna qədər sistem aktual model xəttinin bütün maşınlarında quraşdırılacaq.


Şərhlər