Aeratravel.az
Aeratravel.az

Sürücülərin avtomobillərə zərər verən 5 vərdişi

  • 1 566
  • 0
  • 20-12-2021, 11:35
Sürücülərin avtomobillərə zərər verən 5 vərdişi

Masin.az xəbər verir ki, avtomobil ekspertləri sürücülərin vaxtından əvvəl servis mərkəzinə müraciət etməyə səbəb olan beş vərdişini açıqlayıblar.

Belə ki, bu 5 vərdiş yeni avtomobili “öldürür”. Məlum olub ki, sürücülərin birinci və ən pis vərdişi yarımçıq çənlə maşın sürmələridir.

Bu, yanacaq pompası və enerji təchizatı sisteminin işində nasazlıqlara səbəb ola bilər.

Qəfil başlatma və əyləc ön təkərli avtomobillərdə problemlər yarada bilər və bu da əyləc mexanizminin dəyişdirilməsi ehtiyacına və muftanın qırılmasına səbəb olan ikinci zərərli vərdişdir.

Sürücüyə məsləhət görülməyən üçüncü vərdiş çox aşağı dövrlərdə sürməkdir ki, bu da transmissiyaya yükü artırır və həmçinin mühərrik resurslarının azalmasına səbəb olur.

Ekspertlər həmçinin qeyd edirlər ki, avtomobili qızdırmaq lazımdır, əks halda mühərrikin ömrü azalacaq. Sonuncu zərərli vərdiş isə əyri yollarda sürərkən avtomobili həddindən artıq yükləməkdir.


Tərcümə: Famil Ələkbərov

Mənbə: tvoe-avto.com

Şərhlər