Aeratravel.az
Aeratravel.az

Yanvar ayının 1-dən “Lada” avtomobilləri bahalaşacaq

  • 2 630
  • 0
  • 25-12-2021, 21:12
Yanvar ayının 1-dən “Lada” avtomobilləri bahalaşacaq

AvtoVAZ şirkəti öz avtomobillərinin qiymətini yanvar ayının 1-dən etibarən 11000-27000 rubl (250-650 AZN) artıracaq. Zavodun müvafiq məktubu və yeni qiymət siyahısını Lada dilerləri Auto.ru jurnalı ilə paylaşılıb.

Beləliklə, Granta baza sedanı 575500 rubla qədər (+11000 rubl), Vesta sedanı 830500 rubla qədər (+ 27000 rubl), Xray - 804500 rubla qədər (+ 24000 rubl), Largus universalı 805500 rubla qədər (+ 17000 rubl), üçqapılı Niva Legend 683500 rubla qədər (+18000 rubl), Niva Travel 859500 rubla qədər (+ 21000 rubl) bahalaşacaq.

Şirkətlə diler müqaviləsi çərçivəsində artıq təhvil verilmiş və ödənilməmiş avtomobillərin qiymətlərinə yenidən baxılacaq.

Qiymətlərin artmasının səbəbinin komponentlərin və xammalın - metallar, plastik, elektron komponentlərin bahalaşmasına səbəb olan inflyasiya prosesi olduğu qeyd olunur.

Cari ildə AvtoVAZ qiymətləri 7 dəfə artırıb: 15 yanvar, 15 mart, 1 may, 1 iyul, 1 sentyabr, 18 noyabr və 1 dekabr.


Tərcümə: Famil Ələkbərov

Şərhlər