Aeratravel.az
Aeratravel.az

Tesla elektrokarları real vaxt rejimində təkərlərin aşınmasına nəzarət etməyi öyrəndi

  • 876
  • 0
  • 27-12-2021, 01:46
Tesla elektrokarları real vaxt rejimində təkərlərin aşınmasına nəzarət etməyi öyrəndi

Masin.az xəbər verir ki, texnologiya hələ rəsmi olaraq elan edilməyib.

Tesla növbəti proqram təminatının yenilənməsindən sonra təkər protektorunun aşınmasını təyin etmək funksiyasını əldə etdi. Onun işi üçün təkərdə təzyiqinin monitorinq sistemindən fərqli olaraq, əlavə ötürücüyə ehtiyac yoxdur: aşınma təkərin fırlanma sürətinin ölçülməsi ilə müəyyən edilir. İstehsalçı təkərin vəziyyətinin monitorinqi texnologiyasının əlavə olunmasını elan etməyib - onu yenilənməni quraşdırdıqdan sonra elektromobillərin sahibləri görüblər.

Teslanın növbəti “simsiz” proqram yenilənməsi elektrokarlara təkərlərin aşınmasını təyin etmək üçün çox faydalı bir funksiyanı əlavə etdi. Təkərin protektorunun aşınması zamanı diametr bir qədər azalır, amma bunu adi gözlə görmək olmur. Amma yüksək dəqiqlikli elektronika təkərin fırlanma sürətli ilə aşınmanı müəyyən edə bilir - aşınmış təkərin diametri kiçik olur və yüngülləşir, bunun sayəsində təkər digər üçündən daha sürətlə fırlanmağa başlayır. Təkərin dövrlərinin sayı müəyyən həddi keçən kimi Tesla multimedia sisteminin ekranında xəbərdarlıq göstərir.

Sistem köhnəlmiş protektoru təkər təzyiqinin itirilməsi ilə qarışdırmamaq üçün təzyiq ötürücülərini də yoxlayır. Onların göstəriciləri eyni olduqda, təkərlərin fırlanmasındakı fərq məhz aşınma ilə əlaqədardır. 2019-cu ildən sonra buraxılmış Teslanın proqramının yenilənməsindən sonra Megaphone funksiyasını da əldə edib - o, aşağı sürətdə hərəkət edən piyadalara səsli xəbərdarlıqlar yayan xarici səs gücləndiricisi olan elektrokarlarda işləyəcək. “Meqafon” səsi xüsusi effektlərlə azacıq dəyişdirən dinamik kimi işləyir.


Tərcümə: Famil Ələkbərov

Mənbə: motor.ru

Şərhlər