Aeratravel.az
Aeratravel.az

Artıq avtomobillər sahibini Face ID ilə tanıyacaq

  • 810
  • 0
  • 27-12-2021, 18:11
Artıq avtomobillər sahibini Face ID ilə tanıyacaq

Masin.az xəbər verir ki, Face ID ilə mühərrikin işə salınması texnologiyası hazırlanıb.

LG Electronics Face ID-yə çox oxşayan texnologiyanı patentləşdirib ki, bundan da təkcə telefonun blokdan çıxarılması üçün deyil, həmçinin avtomobilin mühərrikini işə salmaq üçün istifadə olunur. Avtomobil öz sahibini tanıyacaq.

LG Electronics 2019-cu ildən bu istiqamətdə işləyir. Business Korea nəşrinin məlumatına görə sistem artıq Cənubi Koreya və ABŞ-da patentləşdirilib.

Sürücü və sərnişinlərin kimliyini yoxlamaq üçün salona yönəldilmiş kameradan istifadə edilir. Tərtibatçıların sözlərinə görə, onların təklif etdiyi kamera avtomobillərdə üz tanıma sistemlərinin qiymətini azaldacaq.

Kamera üzlə istifadəçilərin tanınması üçün hazırlanmış xüsusi prosessorla birlikdə işləyir. Kamera mühərriki işə salmaqla yanaşı sürücünün vəziyyəti və davranışına nəzarət etmək, jestlərlə bort sistemini idarə etmək, həmçinin virtual və əlavə reallıq sistemləri ilə qarşılıqlı əlaqə yaratmaq üçün istifadə oluna bilər.

Belə sistemlərin avtomobillərdə kütləvi şəkildə tətbiq olunacağı vaxt hələlik məlum deyil. Çox güman ki, patentlər bir çox qlobal istehsalçıları multimedia sistemləri ilə təchiz edən LG Electronics şirkətinin əqli mülkiyyətini qoruyacaq.


Tərcümə: Famil Ələkbərov

Mənbə: autoconsulting.com.ua

Şərhlər