Aeratravel.az
Aeratravel.az

Sensasiya astanasında: planetin ilk avtomobili tapıldı

  • 1 238
  • 0
  • 7-01-2022, 12:19
Sensasiya astanasında: planetin ilk avtomobili tapıldı

Masin.az xəbər verir ki, Karl Bents dünya avtomobil sənayesinin pioner titulunu itirə bilər

Ötən ilin yaz aylarında, Leypsiqin (keçmiş Şərqi Almaniya) yaşayış massivlərindən birində yerli Ost Klassiker Club Wolkramshausen üzvləri maraqlı tapıntı ilə sevindilər.



Köhnə bir evin qarajının, qaranlıq küncündə, zibilin arasından daxili yanma mühərriki və üç təkəri olan bir avtomobil tapdılar. Onlar avtomobili burada yaşayan yaşlı dul qadından bir neçə yüz avroya aldılar.



Taxta, metala qarşı

Avtomobildən bir əsrlik tozu təmizləyən xoşbəxt almanlar, başa düşdülər ki, onların qarşısındakı, planetdə yaranan ilk avtomobillərdən biridir. Bu nadir tapıntı, ümumiyyətlə, Bentsin məşhur 1886-cı il üç təkərli arabasına bənzəyir. Tanınmış alman antikvar avtomobil eksperti Hubert Reyn - "Biz həqiqətən sensasiyaya ümid edirik" dedi.

Mərkəzi Alman Radiosunun (Mitteldeutscher Rundfunk) Drezdendəki Nəqliyyat Muzeyinin nümayəndələrinə istinadən verdiyi məlumata görə, tapıntının dünyada daxili yanma mühərriki olan ən qədim avtomobil (120 ildən çox) olması istisna deyil, yəni, Karl Bentsin ixtirasından daha qədimdir.



Mütəxəssislərin bunu iddia etmək üçün əsası var: o illərdə Karl Bents artıq metalla işləyirdi, öz avtomobili üçün polad borulardan çərçivə düzəltmişdir. Şərqi Almaniyadan gələn tapıntı isə əsasən ağacdan hazırlanıb: gövdə, təkər çarxı, skamya oturacaq – hamısı ağacdan hazırlanıb.



Mercedes-Benz muzeyinin mütəxəssisləri tapıntı haqqında tanışdırlar və etiraf etmək lazımdır ki, bundan çox da məmnun deyillər. Hər halda, onlar, bu il bir neçə təkrar etməli oldular ki, məhz onların avtomobili ən köhnə avtomobilidir. Fiziklər və hətta məhkəmə ekspertləri avtomobil klubunun üzvlərinin köməyinə gəliblər – onlar birlikdə üç təkərli tapıntını və onun hər bir elementini ayrıca diqqətlə öyrənirlər.



Professional konstruksiya

Avtomobilin uzunluğu 2 metrdir, tək silindrli mühərriki (təxminən 140-dan 150 sm3 – dək), 2 ötürücülü və əyləcli bir sükan çubuğu var. Üç təkərli avtomobilin seriya nömrə nişanı yoxdur, yalnız mühərrik blokunda "24" rəqəmini oxumaq olar. Hətta Drezden Nəqliyyat Muzeyinin və Ştutqartdakı Mercedes-Benz Muzeyinin mütəxəssisləri də onun mənşəyini müəyyən edə bilməyiblər.



Hubert Reyn bunları dedi: "Bütün konstruksiya xüsusiyyətləri göstərir ki, bu qaraj yığımı deyil, peşəkar konstruksiyadır".

Mütəxəssislər səhnəyə!

Mütəxəssislər üçün ən çətini sual: "Bu nəqliyyat vasitəsini kim düzəldib?" Hələ də buna cavab yoxdur. Düzdür, Hubert Reyn 2 ümidverici məqama işarə edir. Birincisi, rəng. Gövdənin səthində sarı xətləri olan firuzəyi yaşıl boyanın izləri görünür. “Rəng patentləşdirilmiş "System Lutzmann" mühərriki olan Opel avtomobilini xatırladır” - ekspert deyir. “Bizim avtomobilimiz də oxşar rəng sxeminə malikdir”.



Arayış üçün: Fridrix Lutsmanı çox az adam tanıyır. Lakin, o, avtomobil sənayesində qabaqcıllardan biridir. Hottlib Daimler və Karl Bents ilə yanaşı, Lutsman Birinci Beynəlxalq Avtomobil Sərgisində (IAA) sərgi iştirakçılarından biri idi. Fridrix Lutsmanın Dessauda (Anhaltishe Motorwagenfabrik) öz emalatxanası var idi və hətta şəxsi taksi sürücüsü kimi də işləyirdi - o, Almaniyada ilk mühərrikli taksi xidmətinin yaradıcısı hesab olunur.

Sonralar Opel qardaşları mühəndisə yaxşı bir kommersiya təklifi edərək, onu Rüsselsheymdə 3,5 at gücündə tək silindrli mühərriklər istehsal etməyə başlayan zavodun direktoru vəzifəsinə təyin etdilər. Yalnız bu gün Fridrix Lutsmanın şəxsiyyəti alman cəmiyyətində mübahisələrə səbəb olur. Məsələ burasındadır ki, o, Dessaudakı antisemit dərnəyinin üzvü olub.



Tapılan avtomobilin istehsalçısının adı ilə bağlı ikinci məqam gənc Almaniya Demokratik Respublikasına gətirib çıxarır. Həmin evdə XX əsrin 50-ci illərinə aid klassik avtomobillərin yürüşünün iştirakçısının işarəsi tapılıb. O vaxt Hubert Reynin qeyd etdiyi kimi, Alman Avtomobil İdmanı Federasiyası müntəzəm olaraq Leypsiqdə avtomobil yürüşləri keçirirdi.

“Ümid edirik ki, kiminsə o dövrə aid avtomobili və ya o vaxta aid iştirakçı kitabçası var. Bəlkə kimsə o illərdə yarışlarda iştirak etmiş adamı tanıyır və bizim maraqlandığımız avtomobil haqqında nəsə deyə bilər – klassik avtomobil həvəskarı deyir.



Hal-hazırda tapıntı, Şimali Türingiyada gizli yerdə saxlanılır və yad gözlərdən yaxşı qorunur. Ost Klassiker Club Wolkramshausen üzvləri texniki ekspertlərlə birlikdə nəhayət öz qərarlarını vermək üçün avtomobili əzmlə öyrənməyə və təhlil etməyə davam edirlər. Kim bilir, bəlkə də hamımızı əsl sensasiya gözləyir. Və bu, artıq cari ildə, yəni 2022-ci ildə baş verəcək...



Məlumatı hazırladı: "Avtoklub Azərbaycan klubu"nun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu


Şərhlər