Sırala:

Köhnə avtomobillərin istismarının və idxalının qarşısı alınacaq

  • 1 216
  • 0
  • 7-01-2022, 17:41
Köhnə avtomobillərin istismarının və idxalının qarşısı alınacaq

Azərbaycanda texniki reqlamentlərə cavab verməyən nəqliyyat vasitələrinin mülki dövriyyəsinin qarşısı alınacaq.

Masin.azAPA-Economics”-ə istinadən xəbər verir ki, bu “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”ndə əks olunub.

Bildirilir ki, bu ilin aprelin 1-dək nəqliyyat vasitələrinə, onların ehtiyat hissələrinə, ləvazimat və istismar materiallarına dair Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə uyğun texniki reqlamentlər hazırlanacaq.

Müvafiq reqlamentlərin hazırlanması İqtisadiyyat Nazirliyinə (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Daxili İşlər Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub.

Bununla yanaşı iyul ayının 1-dək texniki reqlamentlərə cavab verməyən nəqliyyat vasitələrinin, onların ehtiyat hissələrinin, ləvazimat və istismar materiallarının Azərbaycana idxalının, satışının, istifadəsinin, habelə sair formada dövriyyəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülməsi nəzərdə tutulub. Qeyd olunan məsələlərin icrası ilə Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi məşğul olacaq.

Qeyd olunan tarixədək həmçinin “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın 7.3.7.1-ci bəndinə əsasən hazırlanan “Nəqliyyat vasitələrinin utilizasiyası proqramı”nın icrası və tətbiqi ilə bağlı zəruri işlərin görülməsi də nəzərdə tutulur.

Müəllif: Hüseyn Vəliyev

Şərhlər