Aeratravel.az
Aeratravel.az

Lamborghini 2023-cü ildə hibrid mühərrikli avtomobilini təqdim edəcək

  • 1 849
  • 0
  • 24-01-2022, 00:39
Lamborghini 2023-cü ildə hibrid mühərrikli avtomobilini təqdim edəcək

Masin.az xəbər verir ki, Lamborghini avtomobil konserni 2023-cü ildən etibarən yalnız daxili yanma mühərrikli avtomobillərin istehsalını dayandıracaq. Şirkətin direktoru Stefan Vinkelmann Bloomberg-ə bildirib ki, şirkət hibrid güc aqreqatlı ilk kütləvi avtomobilini təqdim edəcək, 2024-cü ilə qədər isə bütün modellərini elektrikləşdirmək niyyətindədir.

Növbəti il şirkət özünün həm ənənəvi, həm də elektrik mühərriki ilə təchiz olunmuş ilk plaqin-hibrid modelini təqdim edəcək. Avtomobil konserni 2025-ci ildən sonra tam elektrikli avtomobillərin buraxılmasına başlayacaq.

Vinkelmannın sözlərinə görə, Lamborghini hələ də özünün ilk elektromobilinin dizaynı üzərində işləyir, lakin artıq şirkətin dörd qapılı modelə meylli olması məlumdur. Elektromobillər və hibridlərə keçid üçün şirkət 1.5 milyard avro ayırıb.

Lamborghini hibrid və elektrik avtomoillərə keçidi hələ keçən ildən elan etmişdi. Belə keçidin əsas məqsədinin 2025-ci ilə qədər CO2 tullantılarının 50% azaldılması olduğunu bildirilib.

“Lamborghini-nin elektrikləşdirilməsi planı radikal dəyişən dünya kontekstində lazım olan yeni istiqamətdir. Biz də konkret layihələrin köməyi ilə ətraf mühitə təsirin azaldılması istiqamətində öz töhfəmizi vermək istəyirik”, - Vinkelmann deyib.

O zaman bildirilmişdi ki, Lamborghini ilk kütləvi elektromobilini 2030-cu ildə təqdim etməyi planlaşdırır. Elektrik və hibrid modellər elektrik mühərrikləri və akkumulyatorların kütləsinin artırılmasını kompensasiya etməli olan yeni texniki həllər və yüngül materiallar əldə edəcək.


Tərcümə: Famil Ələkbərov

Mənbə: vedomosti.ru

Şərhlər