Aeratravel.az
Aeratravel.az

2021-ci ildə ən çox satılan avtomobil modellərinin siyahısı açıqlandı

  • 1 797
  • 0
  • 1-02-2022, 13:45
2021-ci ildə ən çox satılan avtomobil modellərinin siyahısı açıqlandı

Masin.az xəbər verir ki, ekspertlər 2021-ci ildə dünyada ən çox satılan avtomobilləri açıqladılar. Reytinq göstərir ki, siyahıda italyan, amerikan, alman, rus, ispan və fransız istehsalı olan modellər üstünlük təşkil edir.

Müxtəlif ölkələrdə avtomobil sürücülərinin zövqləri fərqlidir, analitiklər həmçinin vətəndaşların maliyyə imkanlarını da nəzərə alırlar. Birləşmiş Ştatlarda yolsuzluq avtomobilləri və pikaplar hələ də populyardır. Bu maşınlar milli bazarın ənənəvi seqmentidir. Avropada isə 70-ci illərdəki kimi kompakt, amma güclü avtomobillərə üstünlük verirlər. Eyni zamanda, Cənubi Amerikada avtomobil həvəskarları standart versiyalı orta ölçülü pikapları aktiv şəkildə alırlar. İndoneziyada minivenlər, Rusiyada isə ucuz maşınlar alırlar.

Dünya regionlarında satılan avtomobillərin sayına görə Ford F-Series yolsuzluq pikapı liderdir (726004 satılmış maşın). Növbəti yerdə 113698 göstərici ilə Rusiya istehsalı olan Lada Vesta gəlir. Sonra isə İtaliya istehsalı Fiat Panda (112298 ədəd texnika) gəlir.

Növbəti yeri Fiat Strada (109107 əldə edilmiş maşın) modelləri tutur. Siyahı isə 2021-ci ildə 100000-dən az satılmış Peugeot 208, Fiat Cronos, Volkswagen Golf, Toyota Аvanza, Vauxhall Corsa, Seat Arona, Fiat Egea и Suzuki Vitara ilə davam edir.


Tərcümə: Famil Ələkbərov

Mənbə: car.ru


Şərhlər