Aeratravel.az
Aeratravel.az

BMW 2021-ci ildə dünyanın ən çox zədələnmiş ikinci əl avtomobil markası oldu

  • 934
  • 0
  • 6-02-2022, 20:15
BMW 2021-ci ildə dünyanın ən çox zədələnmiş ikinci əl avtomobil markası oldu

İkinci əl bazarında ən çox zədələnmiş avtomobillər BMW markasına məxsusdur. Masin.az xəbər verir ki, bunu carVertical şirkətinin yeni araşdırmasının nəticələri təsdiqləyir.

Statistikaya əsasən, 2021-ci ildə BMW avtomobillərinin iştirakı ilə baş vermiş qəzadan sonra dəymiş ziyanın ümumi məbləği 3,2 milyard avronu keçib. Bununla belə, Bavariya markasının maşınlarının təxminən yarısı (47,8%) ən azı bir dəfə qəzaya uğrayıb.

Müqayisə üçün qeyd edək ki, siyahının sonunda olan Fiat avtomobillərin yalnız 29,5%-i qəzaya uğrayıb - qalanları barədə onu demək olar ki, onlar “zədələnməyib və rənglənməyib”.


Tərcümə: Famil Ələkbərov

Mənbə: avtonovostidnya.ru


Şərhlər