Aeratravel.az
Aeratravel.az

Rolls-Royce yeni “Ekstaz ruhu” simvolunu təqdim etdi

  • 691
  • 0
  • 7-02-2022, 01:11
Rolls-Royce yeni “Ekstaz ruhu” simvolunu təqdim etdi

Masin.az xəbər verir ki, yenilənmiş simvol Britaniya brendinin elektromobillərini bəzəyəcək.



Rolls-Royce şirkəti yeni "Spirit of exstasy" (Spirit of ecstasy) heykəlcikini təqdim edib. Brendin yeni simvolunun premyerası 6 fevral 1911-ci ildə talismanın yaradılmasının 111-ci ildönümünə təsadüf etdi. Müasirləşdirilmiş fiqur Rolls-Royce elektromobillərində görünəcək və heykəlin ölçüsü və mövqeyinə görə fərqlənəcək. Beləliklə, Rolls-Royce pərəstişkarlarının narahat olmasına ehtiyac yoxdur - davamlılıq qorunacaq, heykəlcikdə servosürücü və işıqlandırma qalacaq.



Yeni “Ekstaz ruhu” heykəlciyi daha sadə və yığcamdır - hündürlük iki sm azalaraq 82,73 millimetrə enib. Bundan başqa fiqurun mövqeyi dəyişdi: qız irəliyə daha da meyllidir, ayağın mövqeyi də fərqlidir.



Rolls-Royce dizaynerləri talismanın saç düzümü, geyim, poza və üz ifadəsində dəyişiklik edərəm ona daha müasir görünüş qazandırıblar. Stilistlər “diqqəti və sakitliyi məharətlə birləşdirən eleqant, real üz cizgiləri” yaratmağa çalışıblar.



1911-ci ildən bəri "Ektaz ruhu" heykəlciklərinin təkamülü

1911-ci ildən bəri “Ekstaz ruhu” heykəlcikinin ölçüsü iki dəfədən çox azalsa da fiqur hələ də əl ilə işlənir və heç bir talisman tam olaraq eyni ola bilməz. Rolls-Royce iddia edir ki, islahat elektromobillərin aerodinamikasını yaxşılaşdırmaq üçün lazım idi, bunda müəyyən hiylə olsa da lazım olduqda fiquru gizlətmək mümkündür.

Yeni “Ekstaz ruhu” fiqurlu ilk Rolls-Royce avtomobili iki qapılı Spectre olmalıdır. Rolls-Royce 2030-cu ilə qədər tamamilə elektrik dartma sisteminə keçməyi planlaşdırır, ən azı yeddi il köhnə və yeni talismanlar paralel olaraq benzin və elektrikli modelləri bəzəyəcək.


Tərcümə: Famil Ələkbərov

Mənbə: motor.ru

Şərhlər