Aeratravel.az
Aeratravel.az

Bugatti-ni 414 km/s-la sürən milyonçunu iki il həbs cəzası gözləyir

  • 1 124
  • 0
  • 7-02-2022, 14:40
Bugatti-ni 414 km/s-la sürən milyonçunu iki il həbs cəzası gözləyir

Masin.az xəbər verir ki, alman avtobanında Bugatti Chiron-u 414 km/s-a qədər sürətləndirən milyonçunu iki il həbs cəzası gözləyir.



2021-ci ilin yayında ictimai yolda Bugatti Chiron üçün yeni yüksək sürət rekordu qıran çex iş adamı və multimilyonçu Radim Passer Almaniya prokurorluğunun təhqiqatında müttəhim olub.



Xatırladaq ki, rekord yürüşü 2021-ci ilin iyununda Almaniyanın Vittenberq yaxınlığındakı 10 kilometrlik düz A2 avtobanında baş tutub. Multimilyonçu maksimum sürəti yoxlamaq üçün ümumi istifadəyə verilən yolun üç zolaqlı hissəsini seçib və yürüş zamanı özünün 1500 at gücünə malik Bugatti Chiron hiperkarı ilə 414 km/s-a qədər sürətlənib.

Biznesmen ötən ilin sonunda avtomobilin içərisindən çəkilmiş və kupenin sürətini aydın şəkildə göstərən videonu Youtube kanalında dərc etmişdi.

Ona Saksoniya-Anhalt polisi də baxandan sonra baş verənlərlə maraqlandı. Almaniya Federal Nəqliyyat və Rəqəmsal İnfrastruktur Nazirliyinin rəsmiləri bildiriblər ki, məhdudiyyətin olmaması heç də istənilən sürətlə hərəkət etməyə icazə vermək deyil.

Hökumət bildirib ki, sürücülər elə sürətlə hərəkət etməlidirlər ki, nəqliyyat vasitəsi hər zaman nəzarətdə olsun. Radim Passerlə bağlı halda biznesmenin vəziyyətə nəzarət etdiyinə dair polisdə şübhə yaranıb. Əgər prokurorluq çexiyalını hələ də ictimai yollarda qeyri-qanuni yürüşlərin iştirakçısı hesab edərsə, Bugatti Chiron sahibini iki ilə qədər həbs gözləyə bilər.

Yeri gəlmişkən, Forbes-un məlumatına görə, 58 yaşlı Radim Passer 306 milyon dollar sərvəti ilə Çexiyanın ən varlı adamları siyahısında 33-cü yerdədir.


Tərcümə: Famil Ələkbərov

Mənbə: abw.by

Şərhlər