Aeratravel.az
Aeratravel.az

DYP xidmətinə yeni lüks avtomobillər alınıb? - AÇIQLAMA

  • 1 322
  • 0
  • 7-02-2022, 23:02
DYP xidmətinə yeni lüks avtomobillər alınıb? - AÇIQLAMA

Dövlət Yol Polisi (DYP) əməkdaşları üçün yeni avtomobillər alınıb.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

İddialara görə, DYP əməkdaşları üçün alınan BMW markalı yeni xidməti avtomobillərin qarajdan görüntüləri yayılıb. Avtomobillərin dövlət nömrə nişanları belə hələ seçilməyib.

Oxu.Az-a açıqlama verən Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov yayılan iddialara münasibət bildirərkən deyib ki, yayılan görüntülər qrafik üsulla düzəldilib:

“Sosial şəbəkədə yayılan görüntüləri kimsə xüsusi qrafika ilə düzəldib və yayıb. Hansı məqsədlə belə bir məlumatın yayıldığını bilmirik. Belə bir nəqliyyat vasitəsi və belə bir dövlət nömrə nişanı ölkədə yoxdur”.

Şərhlər