Aeratravel.az
Aeratravel.az

Etibarsız lüks avtomobillər siyahısına BMW 5-Series başçılıq edir

  • 645
  • 0
  • 8-02-2022, 00:10
Etibarsız lüks avtomobillər siyahısına BMW 5-Series başçılıq edir

Premium xarici avtomobili seçməzdən əvvəl ikinci əl bazarında ala biləcəyiniz ən problemli premium avtomobillərin reytinqinə baxmalısınız.

Masin.az xəbər verir ki, Whatcar.com mütəxəssisləri premium işlənmiş avtomobillər içərisində istismar zamanı əlavə problemlərin qarşısını almaq üçün seçilməməsi lazım olan modelləri tövsiyə ediblər.

Yeni avtomobillərin qiymətinin kəskin artması səbəbindən sürücülərin ikinci əl bazarında avtomobil almağa meylləri artıb. Bəzi avtomobil həvəskarları ucuz avtomobillərdən daha da etibarlı olmalı olan lüks modelləri almağa qərar verirlər. 

Onları seçərkən yaranan çətinliklər mövcud köməkçi və təhlükəsizlik sistemini yoxlamaqda olur. Bu baxımdan, əvvəlki sahibi ilə rəsmiləşdirmədən bir müddət sonra nasazlıqların aşkarlanması riski artır. 



Mütəxəssislər 16 min lüks avtomobil sahibi arasında keçirilən sorğunun nəticələri əsasında ikinci əl bazardan 6-15 yaş kateqoriyası üzrə problemli və etibarlı modellərin siyahısını hazırlayıblar. Nəticədə, ən etibarsız xarici avtomobil üçlüyünə Almaniyanın 2017-2021-ci il buraxılışlı BMW 5-Series, 2011-2018-ci il buraxılışlı Audi A6  və 2018-2021-ci il buraxılışlı Audi A6 avtomobilləri daxil olub.

Bununla belə, ekspertlər 2016-2020-ci il buraxılışlı Mercedes-Benz E-Class, 2016-2020-ci il buraxılışlı Volvo S90/V90, həmçinin 2017-2021-ci il buraxılışlı BMW 5-Series modellərinin etibarlı olduğunu bildiriblər.


Tərcümə: Famil Ələkbərov

Mənbə: carsweek.ru

Şərhlər