Aeratravel.az
Aeratravel.az

Toyota öz avtopilotuna drift etməyi öyrətdi: o, peşəkar kimi işin öhdəsinən yaxşı gəlir

  • 656
  • 0
  • 8-02-2022, 01:29
Toyota öz avtopilotuna drift etməyi öyrətdi: o, peşəkar kimi işin öhdəsinən yaxşı gəlir

Masin.az xəbər verir ki, Toyota öz avtopilotuna drift etməyi öyrətdi: o, peşəkar kimi işin öhdəsinən yaxşı gəlir.

Gələcəkdə texnologiya əyləncə üçün deyil, təhlükəsizlik üçün tətbiq ediləcək.

Müasir avtopilot getdikcə daha çox avtomobil idarəetmə xüsusiyyətlərini ələ keçirir. Tezliklə sürücülərə sadəcə ehtiyac olmayacaq.

Məsələn: Toyota mühəndisləri avtopilotu drift etməyi öyrətdilər. Maşın saniyənin bir hissəsində hərəkət trayektoriyasını hesablaya və sürüşmə bucağını dəyişdirərək müstəqil şəkildə yolun çətin hissələrini keçə bilir.

Sınaq üçün Toyota Supra-nın modifikasiya edilmiş versiyasını hazırladılar. Yürüş zamanı Yaponiyanın aparıcı driftçilərindən biri Ken Qusi sükan arxasında maşını idarə edirdi. Toyota şirkətindən bildiriblər ki, onlar hər bir sürücüyə peşəkar yarışçının sahib olduğu bacarıq səviyyəsini vermək istəyirlər.

Şirkət əməkdaşlarının sözlərinə görə, bu araşdırmanın məqsədi möhtəşəm videoçarx çəkmək deyil, yollarda hərəkətin təhlükəsizliyini artırmaqdır. Yaxın gələcəkdə avtomobillər sürətlə döngəyə girmək və ya qəzadan qaçmaq üçün bilərəkdən drift edə biləcəklər.


Tərcümə: Famil Ələkbərov

Mənbə: point.md

Şərhlər