Aeratravel.az
Aeratravel.az

Avropada ən problemli və ən etibarlı işlənmiş avtomobilləri açıqladılar

  • 683
  • 0
  • 8-02-2022, 02:37
Avropada ən problemli və ən etibarlı işlənmiş avtomobilləri açıqladılar

Masin.az xəbər verir ki, Avropanın avtomobil ekspertləri 6 yaşdan 15 yaşa qədər olan ən problemli və ən etibarlı maşınların reytinqini tərtib ediblər.

What Car nəşri Avropada alınmış işlənmiş avtomobillərin sahibləri arasında keçirdiyi sorğunun nəticələrini dərc edib.

14 min avtomobil həvəskarı son bir il ərzində qarşılaşdıqları ən ciddi avtomobil nasazlıqları haqqında danışıb, bu da ən problemli və ən etibarlı işlənmiş avtomobillərin reytinqini yaratmağa səbəb olub.

Sorğu məlumatlarına əsasən, şəhər hetçbekləri arasında ən pis avtomobillər Opel Corsa, benzinlə işləyən Opel Astra, Mercedes-Benz C-Class və Jaguar XF olub.

Krossoverlər arasında ən uğursuz modellər kimi MINI Countryman, Range Rover Evoque, Land Rover Discovery Sport, Land Rover Discovery, Tesla Model S və BMW 3-Sereis Coupe qeyd olunub.

Amma ən etibarlı işlənmiş avtomobillər arasında bu modellər var: Kia Picanto, Mazda3, Ford Mondeo, BMW 5-Series, Suzuki Vitara, BMW X1 (2015-ci ildən yeni), Honda CR-V, Porsche Macan (2014-cü ildən yeni), Nissan Leaf elektrokarı (2011-dən köhnə) və Mazda MX-5 (2015-dən köhnə).


Tərcümə: Famil Ələkbərov

Mənbə: novostivl.ru


Şərhlər