Aeratravel.az
Aeratravel.az

İlk avtomobillərin sahiblərinin hansı problemləri var idi?

  • 833
  • 0
  • 8-02-2022, 03:19
İlk avtomobillərin sahiblərinin hansı problemləri var idi?

Masin.az xəbər verir ki, ilk avtomobillərin sahibləri müasir sürücülərin belə bilmədiyi problemlərlə üzləşirdilər. Təkcə maşına minmək üçün xüsusi təchizat lazım idi: eynəklər, maska, dəri paltar. Bu, hələ hamısı deyil.

Gecələr çəndə benzin saxlamaq olmazdı, sızma olmasın deyə onu gecələr boşaltmaq lazım idi.

Maşının “yerdən tərpənməsi” üçün təckə benzin tökmək kifayət deyildi, əlavə olaraq alovlanma kabelini birləşdirmək və starteri çevirmək lazım idi. Bundan əlavə, avtomobilin ilk dəfədən işə düşəcəyinə zəmanət yox idi.

Maşın özü “yoxuşa çıxmırdı”, onu itələmək lazım idi. Sürücülər və sərnişinlər avtomobildən düşüb onu yoxuşa itələməli olurdular. O zaman nasos yox idi və benzin silindrlərə öz çəkisi ilə yönəlirdi.

Nə qədər benzin və yağ qaldığını göstərən sensorlar yox idi. Bütün bunlardan başqa, maşın heç nədən alovlana bilərdi.

Avtomobillər tez-tez qəzaya uğrayırdı. Şəhər küçələri ilə hərəkət edən karetalar maşınların keçməsinə mane olurdu. Maşınlar dayanıb atları buraxmalı olurdu. Atların ayağındakı mismar və nallar təkərlərin deşilməsinə səbəb olurdu.

Yollarda təkərlərin təmiri əsl problemli idi, axı o zaman heç kim özü ilə ehtiyat təkəri daşımırdı. Ehtiyat təkərinin istifadəsi vəziyyəti xeyli asanlaşdırdı.


Tərcümə: Famil Ələkbərov

Mənbə: car.ru

Şərhlər