Aeratravel.az
Aeratravel.az

İlk dəfə elektromobillərin etibarlılıq reytinqi açıqlandı - Tesla Model S sonuncu yerdədir

  • 785
  • 0
  • 9-02-2022, 00:11
İlk dəfə elektromobillərin etibarlılıq reytinqi açıqlandı - Tesla Model S sonuncu yerdədir

Elektromobillər nə qədər etibarlıdır? TUV ilk dəfə olaraq elektrikli avtomobillərin etibarlılıq reytinqini açıqladı.

Elektrikli avtomobillərin daxili yanma mühərrikləri olan avtomobillərdən daha etibarlı olduğuna dair fikir formalaşıb, çünki elektromobillərdə xarab ola biləcək komponentlər daha azdır. Masin.az xəbər verir ki, Almaniyanın TUV şirkəti ilk dəfə olaraq elektromobillərin etibarlılığını təhlil edib. AUTO-Consulting təfərrüatları aydınlaşdırıb.

Bilməyənlər üçün deyək ki, TÜV (Technische Überwachungs-Verein) abbreviaturası almancadan tərcümədə “Texniki Nəzarət Birliyi" deməkdir. Və məhz bu təşkilat Almaniyada texniki baxışı həyata keçirir. Özü də TUV nişanı avtomobilin tam qaydasında olduğunu göstərən bir işarə kimi xidmət edir. Mütəxəssislər işlənmiş avtomobillər haqqında TUV hesabatlarını isə ən vacib bələdçi hesab edirlər.

Nə üçün almanlar elektromobillərin etibarlılığını öyrənmək belə gecikdi? Çünki özlərinə xas olan xırdaçılıq xasiyyətinə görə qəzaların statistikasını toplayırdılar. İndi isə lazımi məlumat toplusu hazır olduqdan sonra, TUV onları analiz etmək və nəticə çıxarmaq imkanını əldə etdi.

İlkin xüsusi qiymətləndirmə göstərdi ki, elektrokarın 3 illik istismarından sonra əsas zəif cəhətləri əyləc, faralar, dirəklər və asmalardır. TUV mütəxəssisləri qeyd ediblər ki, məhz burada problemlər yarana bilər. Bu nəticələr Almaniyada son bir neçə il ərzində obyektiv qiymətləndirmələr üçün kifayət qədər miqdarda satılan dörd elektromobil modelinin sınaqdan keçirilməsindən sonra çıxarılıb.



Bunlar əsasən bunlardır: Renault ZOE, BMW i3, Smart fortwo Electric Drive, Tesla Model S. AUTO-Consulting-in məlumatına görə, belə modellər bu gün Ukraynanın da işlənmiş avtomobil bazarlarında satılır. Buna görə də potensial alıcılar alman ekspertlərinin qiymətləndirməsindən faydalanacaqlar.



TUV statistikasına əsasən, 2-3 yaşlı avtomobillərdə (həm elektromobillər, həm də daxili yanma mühərrikləri olan avtomobillər) orta hesabla avtomobillərinin 4,7%-də zavod qüsurları aşkarlanır. Yəni hər 1000 avtomobildən 47-də. Bu, elektomobillərin etibarlılığını başa düşmək üçün vacibdir. Axı TUV reytinqində keyfiyyətə görə ən yaxşı olan Smart fortwo elektromobillərinin 3,5%-də 3 illik istismardan sonra ortaya çıxan qüsurlar yaranır. Və ya 1000 maşından 35-də.

İkinci yerdə BMW i3 qərarlaşıb. 3 illik istismardan sonra bu elektrokarda yaranan nasazlıqların sayı orta göstəriciyə uyğundur. Bu, 4,7% təşkil edir. TUV mütəxəssisləri Edel əyləc sisteminin komponentləri və yaxın işıq faralarında problemlər müşahidə ediblər.



Elektromobillərdə əyləc daxili yanma mühərrikləri olan avtomobillərə nisbətən daha az istifadə edilir. Buna görə də, onların komponentləri daha çox korroziyaya uğrayır. Bu vəziyyət bütün elektrikli avtomobillər üçün xarakterikdir, belə ki, tormozlama zamanı akkumulyator batareyası əlavə olaraq dolur (enerjinin bərpası). Yeri gəlmişkən, TUV mütəxəssisləri elektrokar sahiblərinə əyləc pedalından istifadə edərək sürəti azaltmağı məsləhət görürlər. Baxmayaraq ki, One-Pedal-Drive (bir pedallı yürüş) sistemi olan elektromobillər əyləc pedalından istifadə etmədən dayana və yavaşlaya bilər.



Renault ZOE - Almaniyada ən populyar elektromobildir. Lakin, TUV qiymətləndirməsinə görə etibarlılıq baxımından üçüncü yerdədir. 3 yaşlı 1000 Renault ZOE avtomobillərindən 5,7%-də qüsurlar aşkar edilib. TUV ekspertləri ZOE-də tez-tez nasazlıqlar və ya əsas faraların pis tənzimlənməsini qeyd ediblər. Həmçinin asma ilə problemlər.

TUV reytinqində ən pis nəticəni elektromobillərin ən bahalısı – Tesla Model S göstərib. Bu modelin ən problemli yerləri yaxın və uzaq işıq faraları, həmçinin duman əleyhinə olan işıqlarıdır. Transvers qollarında da qüsurlar aşkar edilib. Nəticədə TUV ekspertlərinin qiymətləndirməsinə əsasən, Tesla Model S elektromobillərinin 10,7%-də nasazlıqlar aşkar edilib. Bu o deməkdir ki, bu modelin hər onuncu avtomobili Alman texniki baxışından ilk dəfədən keçməyib.



Tesla avtomobilləri bu göstəricilərlə ümumi TUV etibarlılıq reytinqində (buraya daxili yanma mühərrikləri də daxildir) siyahının ən aşağı üçdə birində qərarlaşıb.


Tərcümə: Famil Ələkbərov

Mənbə: autoconsulting.com.ua

Şərhlər