Aeratravel.az
Aeratravel.az

Ford mufta pedalı olmayan mexaniki transmissiya hazırladı

  • 1 043
  • 0
  • 9-02-2022, 11:49
Ford mufta pedalı olmayan mexaniki transmissiya hazırladı

Hansı avtomobillərin elektron idarəetməsi olan ötürmə qutusu ilə təchiz ediləcəyi hələlik məlum deyil.

Ford şirkəti mufta tələb etməyən yeni mexaniki transmissiyanın patentini alıb. Konsern ABŞ Patent və Əmtəə Nişanları İdarəsində elektron idarəetməsi olan innovativ transmissiyanı patentləşdirib. Sənədə əsasən, yeni “mexanika” sürətlərin mexaniki dəyişdirilməsinə imkan verəcək. Eyni zamanda, ənənəvi muftadan istifadə etmək istəyənlər üçün üçüncü pedal avtomobillərdə qalacaq.






Yeni ötürmə qutusu elektron muftalı mexaniki transmissiyadır. Elektrohidravlik mexanizm yalnız selektordan istifadə edərək sürəti keçirməyə imkan verir. Ənənəvi muftanın işinə siqnalı təzyiq sensorundan və ya üçüncü pedalda quraşdırılmış çeviricidən sürət keçiricisinə qəbul edən elektronika cavabdehdir. Buna baxmayaraq, sonuncunun mexaniki ötürücüsü yoxdur və sürücüləri “mexanika” ilə təchiz edilmiş klassik nəqliyyat vasitəsinin idarəetməsindən dərhal imtina etməyə hazır olmayan avtomobillərdə qalacaq. 

Belə sistem mexaniki transmissiya idarəetməsini hibrid güc aqreqatı ilə daha uyğunlaşdırmalıdır. Eyni zamanda hələlik hansı avtomobillərin elektrohidravlik mufta alacağı məlum deyil.

Mütəxəssislər ehtimal edirlər ki, yeni Mustang, həmçinin Bronco SUV və ya Ford şirkətinin hibrid modelləri belə texnologiya ilə təchiz ediləcək. Mümkündür ki, texniki cəhətdən mürəkkəb transmissiya texniki xidməti çətinləşdirəcək, həmçinin gələcək avtomobil brendlərinin qiymətini artıracaq.


Tərcümə: Famil Ələkbərov

Mənbə: motor.ru

Şərhlər