Aeratravel.az
Aeratravel.az

"İlin ən yaxşı avtomobili 2022" müsabiqəsinin finalçıları məlum olub

  • 778
  • 0
  • 10-02-2022, 23:27
"İlin ən yaxşı avtomobili 2022" müsabiqəsinin finalçıları məlum olub

"İlin ən yaxşı avtomobili" ("Car of the Year 2022") Avropa müsabiqəsinin təşkilatçıları müsabiqənin finalçılarının qısa siyahısını dərc edib.

Masin.az xəbər verir ki, "APA-Economics"in məlumatına görə, 10 yeni model əsas nominasiyaya iddialıdır – onlardan bəziləri Azərbaycan avtomobil bazarında da təqdim olunur.

Belə ki, yarışın finalına "Audi Q4 e-tron", "Cupra Formentor", "Ford Mustang Mach-E", "Genesis G70", "Honda Civic", "Hyundai Ioniq 5", "Hyundai Tucson", "Kia EV6", "Lexus NX", "Toyota GR86" / "Subaru BRZ" modelləri yüksəlib.

Münsiflər heyəti beş əlavə müsabiqənin finalçılarını da müəyyən edib. "Ən yaxşı şəhər avtomobili" nominasiyasına "Dacia Sandero", "Opel Mokka", "Renault Kiger", "Toyota Yaris Cross" və "Volkswagen Taigun" modelləri iddialıdır. "Audi Q5 Sportback", BMW iX, "Genesis GV70", "Mercedes-Benz EQS" və "Volvo C40 Recharge" modelləri isə "Ən yaxşı lüks model" nominasiyasında mübarizə aparacaq.

"Ən yaxşı idman avtomobili" nominasiyasına "Audi e-tron GT", BMW M3/M4, "Porsche 911 GT3", "Toyota GR86" / "Subaru BRZ" və "Volkswagen Golf GTI/R" modelləri, "Ən yaxşı "yaşıl" avtomobil" nominasiyasına isə "Audi e-tron GT", BMW iX, "Ford Mustang Mach-E", "Hyundai Ioniq 5" və "Mercedes-Benz EQS" modelləri iddialıdır.

Bundan başqa, "Audi e-tron GT", "Ford Mustang Mach-E", "Hyundai Ioniq 5", "Kia EV6" və "Mercedes-Benz EQS" modelləri "Ən yaxşı dizayn" nominasiyasında qələbə uğrunda yarışacaq.

Müsabiqənin ekspert münsiflər heyətinə dünyanın müxtəlif ölkələrindən 102 avtomobil jurnalisti daxildir. Qaliblər 13 aprel 2022-ci il tarixində Nyu-York Avtomobil Sərgisində elan ediləcək.


Şərhlər