Aeratravel.az
Aeratravel.az

Qadınlara görə ən yaxşı avtomobillər

  • 1 515
  • 0
  • 15-02-2022, 00:03
Qadınlara görə ən yaxşı avtomobillər

“Qadın dünyasında ilin avtomobili” (Women's World Car of the Year, və ya WWCOTY) 2022-ci il mövsümünün qısa siyahısını açıqlayıb. Ən yaxşı avtomobilləri 40 ölkədən 56 qadın avtojurnalist seçir. Onlar 2021-ci ildə buraxılmış 65 yeni modeli tədqiq ediblər və altı kateqoriya üzrə qaliblərin adını açıqlayıblar - özü də bu siyahıda elektrokarlar liderlik edir. Qalib 8 martda elan olunacaq.



Aparıcı avtomobillər bir çox parametrlərə görə seçilib. Onlardan hər biri təhlükəsizlik, sürücülük həzzi, rahatlıq və texnologiya, həmçinin dizayn və qiymət-keyfiyyət baxımından rəqiblərindən üstün olmalıdır. Bundan başqa, dövrümüzdə ən yaxşı avtomobillər enerji effektivli olmalıdır və ətraf mühitə güclü təsir göstərməməlidir.



Nəticədə altı namizəddən ibarət qısa siyahıda üç yeri elektromobillər tutdu: “Böyük avtomobil” kateqoriyasında Ford Mustang Mach-E “batareyalı” krossover, “Böyük yolsuzluq avtomobili” kateqoriyasında BMW iX ən yaxşısı oldu, ən yüksək perfomanslı model olaraq elektrosedan Audi E-Tron GT qadınlar tərəfindən seçildi.



Bundan əlavə, bir yeri də rəqiblərini tam ötürücülü avtomobillər və pikaplar kateqoriyalarında üstələyən elektrikləşdirilmiş Jeep Wrangler 4xe tutdu. 2022-ci ilin “Şəhər avtomobili” və “Ailə krossoveri” kimi digər iki titul isə Peugeot 308 və KIA Sportage-ə verildi.



Müsabiqədə son tur qalıb: qadınlar altı finalçıdan biri seçəcəklər və o, 2022-ci ilin ən yaxşı qadın avtomobili olacaq. Qailibi 8 martda ənənəvi şəkildə elan edəcəklər.



Tərcümə: Famil Ələkbərov

Mənbə: news.infocar.ua

Şərhlər