Aeratravel.az
Aeratravel.az

Yeni avtomobildə mühərrik yağını ilk dəfə nə vaxt dəyişmək lazımdır?

  • 1 927
  • 0
  • 15-02-2022, 12:26
Yeni avtomobildə mühərrik yağını ilk dəfə nə vaxt dəyişmək lazımdır?

Avtomobil ekspertləri yeni avtomobildə ilk dəfə nə vaxt mühərrik yağını dəyişmək lazım olduğunu açıqlayıblar. Mühərrik istismarı üzrə təlimatın pozulmasının qarşısını almaq üçün yağ tərkibinin dəyişdirilməsi intervalı əhəmiyyətli bir məsələdir.

Yeni avtomobildə mühərrik yağının düzgün dəyişdirilməsi məsələsi xüsusilə yeni avtomobil həvəskarları üçün çox vacibdir. İstehsalçı şirkətlərin maşınların üzərində verdiyi təlimatlarda bəzən ziddiyyətli məlumatlar olur.

Avtomobil həvəskarları arasında belə bir fikir var ki, ilk yağ tərkibi dəyişikliyi bir neçə gündən sonra baş verməlidir, sonra isə həftə ərzində bir neçə dəfə təkrarlanmalıdır. O, daxili yanma mühərrikindən avtomobilin istehsalı və yığılmasından sonra mühərrikə daxil ola biləcək metal çiplərin qalıqlarını yuyur.

Servis kitabçasında ilk dəfə bu presuduru nə vaxt yerinə yetirməyin lazım olduğu göstərilir. Bəzi hallarda zavodlarda maşının soyuq işləməsini həyata keçirir, nəticədə çiplər yuyulur. Belə halda bu prosesi təkrarlamağa ehtiyac yoxdur. Mühərrik yağı ilk dəfə maşın bir neçə kilometr məsafə qət etdikdən sonra dəyişdirilməlidir.

Yağ dəyişdirmə intervalı bir sıra amillərdən asılıdır. Maşının yaşını, həmçinin mühərrikin yayarlılığını nəzərə almaq lazımdır. Avtomobil sahibinin qışda yoxsa yayda çox sürməyini nəzərə almaq lazımdır, belə ki, yağ mövsümi olması ilə seçilir. Çənə tökülən benzinin keyfiyyəti də vacibdir.


Tərcümə: Famil Ələkbərov

Mənbə: car.ru

Şərhlər