Aeratravel.az
Aeratravel.az

123 yaşlı Porsche elektromobili ictimaiyyətə nümayiş etdirilib

  • 744
  • 0
  • 15-02-2022, 18:53
123 yaşlı Porsche elektromobili ictimaiyyətə nümayiş etdirilib

Masin.az xəbər verir ki, orta ölçülü elektromobil 1898-ci ildə istehsal edilib və Egger-Lohner C2 Phaeton adlanırdı. Bu, vaxtilə üzərində Ferdinand Porşenin işlədiyi saxlanılmış avtomobillərdən ən qədimidir.

Porsche şirkətində firma muzeyinin yeni eksponatını şirkətin kolleksiyasındakı ən vacib eksponatlardan biri hesab edirlər. Elektrokar Ferdinand Porşenin hazırladığı Octagon elektrik mühərriki ilə işə salınırdı. Mühərrik arxa oxun qarşısında quraşdırılmışdır. Maşın ilk dəfə 123 il əvvəl, 1898-ci il iyunun 26-da Vyana küçələrində sürülüb.



Artıq 28 sentyabr 1899-cu ildə Ferdinand Porşe Berlin şosesində keçirilən yarışlarda özünün hazırladığı elektrik avtomobilində iştirak edirdi. Porşe ilk yeri tutmuşdu və özünün ən yaxın rəqibini 18 dəqiqə qabaqlamışdı. Mühərrik öz adını səkkizbucaqlı formasından alıb və 3 at gücündə şassi ilə təmin olunmuşdu. Bu, elektromobili 35 km/s-a qədər sürətləndirmək üçün kifayət idi.

Təəccüblüdür, amma ötən əsrin dartma batareyaları 79 km yürüş ehtiyatını təmin edirdi. Maraqlıdır ki, maşını 4 il sonra kənara atmışdılar, 1902-ci ildə elektrokar 112 il ərzində yoxa çıxmışdı. Yalnız 2014-cü ildə Avstriyadakı anbarlardan birində unikal eksponat tapıldı. Egger-Lohner C2 Phaeton kiçik bərpa işlərindən sonra muzey ekspozisiyasında fəxri yerini tutdu.


Tərcümə: Famil Ələkbərov

Mənbə: rbc.ua

Şərhlər