Aeratravel.az
Aeratravel.az

Lada Granta-nın varisini necə adlanacaq: Mira, Avira və ya Sfera

  • 1 072
  • 0
  • 15-02-2022, 20:58
Lada Granta-nın varisini necə adlanacaq: Mira, Avira və ya Sfera

Masin.az xəbər verir ki, keçən həftə AvtoVAZ rəsmiləri təsdiqlədilər ki, mətbuatda şərti olaraq “Granta 2” və “Granta New” adlandırılan Lada Granta-nın büdcə modelinin yeni nəslinin buraxılışı planlaşdırılmır.

Buna baxmayaraq, B sinfinə aid müəyyən yeni avtomobil satışa çıxarılacaq, amma Granta ilə heç bir əlaqəsi olmayacaq. Onun adı hələ müəyyən edilməyib.

Hazırda AvtoVAZ şirkəti əsasında CMF-B fransız platforması olan yeni model üçün istifadə olunacaq qeydiyyatdan keçmiş geniş ad siyahısı var. Onun üzərində üçüncü nəsil Dacia Logan sedanı layihələndirilmişdi.

İstisna deyil ki, şirkət 2020-ci ilin yayında sosial şəbəkələrdə keçirilən sorğuda qalib gələn variantlardan birini istifadə edəcək. Yeri gəlmişkən, internet istifadəçilərinin seçdiyi adı xatırladaq. Onega, Alta, Slava və Lika.

Buna baxmayaraq, ola bilsin ki, nəticədə B sinfindən olan yeni Lada modelinə 2020-ci ilin payızında patentləşdirilmiş ad variantlardan biri veriləcək. Siyahıda bu adlar var: Fortuna, Ladoga, Svoboda, Slavia, Quanta, Binar, Antiga, XRave, Xcite, Exite, X Path, Expira, Intriga, Preosa, Kvest, Aura, Avira və Sfera.


Tərcümə: Famil Ələkbərov

Mənbə: daily-motor.ru

Şərhlər