Aeratravel.az
Aeratravel.az

KIA avtomobilləri ABŞ-da ən etibarlı avtomobillər siyahısında birinci yerdədir

  • 1 258
  • 0
  • 15-02-2022, 22:07
KIA avtomobilləri ABŞ-da ən etibarlı avtomobillər siyahısında birinci yerdədir

KIA avtomobilləri JDPower-in 2021-ci ildə ABŞ-da ən etibarlı avtomobillər siyahısında birinci yerdədir.

Masin.az xəbər verir ki, J.D.Power konsaltinq analitika agentliyi fevral ayının 10-da 2022 US Vehicle Dependability Study adlı üç yaxşı avtomobillərin brendlər üzrə illik etibarlılıq reytinqini dərc etdi. Araşdırmada ancaq Amerika bazarında rəsmi olaraq mövcud olan modellər iştirak edib.

Bazarın təhlili zamanı 2019-cu ildə istehsal olunmuş 30 minə yaxın avtomobil sahibi ilə müsahibə aparılıb. J.D.Power ekspertləri 100 maşın nümunəsinə düşən problemlərin sayını (PP100) öyrəniblər. O, nə qədər aşağıdırsa, müəyyən modelin etibarlılığı bir o qədər də yüksəkdir. Başqa sözlə desək, reytinq avtomobil sahiblərinin özlərinin subyektiv qiymətləndirməsinə əsaslanıb.

Məlum oldu ki, 190 bal toplayan kütləvi brendlər ən etibarlı hesab olunub, premium avtomobillərdə 100 nümunəyə düşən nasazlıqların sayı 204 olub. Mütəxəssislər bunu sıradan çıxa biləcək daha bahalı avtomobillərin çox saytda elektronikasının olması ilə əlaqələndirirlər.



Avtomobil sahibləri üçün ən çox problemlər multimedia komplekslərindən qaynaqlanır - onların PP100 indeksi 51,9-dur. Şikayətlərin çoxu səsli idarəetmə, Android Auto və Apple CarPlay simsiz interfeysləri, Bluetooth və s. komponentlərə aiddir.

2022-ci ilin etibarlılıq reytinqinin lideri Lexus-ı sıxışdıran Kia oldu. İkinci yeri Buick, bürünc yeri isə Hyundai qazandı. Top onluğa Genesis, Toyota, Lexus, Porsche, Dodge, Cadillac və Chevrolet daxildir.

Etibarsız modeli isə əvvəlki kimi Land Rover hesab olunur - Britaniya brendi Amerikanın Ram, İsveçin Volvo, İtaliyanın Alfa Romeo və Yaponiyanın Acura markasından geridə qalaraq sonuncu yeri tutdu.



Ən etibarlı avtomobllər arasında sinfinə görə model reytinqi aşağıdakı kimidir:

    ümumi sıralamada - Porsche 911;

    kompakt sinif - Toyota Corolla;

    kompakt premium sinif - BMW 4-Series;

    kompakt idman avtomobili - Mazda MX-5 Miata;

    orta ölçülü avtomobil - Hyundai Sonata;

    orta ölçülü premium avtomobil - Lincoln MKZ;

    orta ölçülü idman avtomobili - Ford Mustang;

    tam ölçülü avtomobil - Chevrolet Impala;

    subkompakt krossover - Buick Encore;

    premium subkompakt krossover - Lexus UX;

    kompakt krossover - Buick Envision;

    kompakt premium krossover - Lexus NX;

    orta ölçülü krossover - Hyundai Santa Fe və Kia Sorento;

    premium orta ölçülü krossover - Lexus RX və Porsche Cayenne;

    tam ölçülü SUV - Chevrolet Suburban.


Tərcümə: Famil Ələkbərov

Mənbə: speedme.ru

Şərhlər