Aeratravel.az
Aeratravel.az

Avtomobili işə salma açarının 5 gizli funksiyası açıqlanıb

  • 1 267
  • 0
  • 20-02-2022, 16:33
Avtomobili işə salma açarının 5 gizli funksiyası açıqlanıb

Masin.az xəbər verir ki, mütəxəssislər avtomobilin işə salma açarının 5 gizli funksiyasını açıqlayıblar.

Müasir sistemlər təkcə avtomobilin qapılarını bağlayıb-açmır, həmçinin oğurluq cəhdi olarsa, siqnal verir.

İmmobilayzeri olan müasir avtomobillərin heç də bütün sahibləri açarın bütün funksiyalarından xəbərdar deyillər. “Max-Cars” açarların beş əsas naməlum funksiyası barədə danışmaq qərarına gəliblər. Adətən sürücülər adi açarın necə faydalı olduğundan heç də şübhələnmirlər.

Funksiyalar siyasısına aşağıdakılar daxildir:

göz qırpmaq və siqnal vermək,

qapıları ayrı-ayrı açmaq,

gecikmiş bağlanma,

pəncərələrin açılması və bağlanması,

təlaş və diqqətin cəlb olunması.

Bəzi açarlar işıq və səs siqnalı verməklə, böyük dayanacaqda avtomobili tapmağa imkan verir. Bunun üçün sadəcə kilid düyməsini basıb saxlayın. Avtomobil qısa şəkildə siqnal verməli və həyəcan siqnalı çalmalıdır.

Bəzi açarları xüsusi ayarlamaq olur ki, bir dəfə basıldıqda yalnız sürücünün qapısı açılır. İki dəfə basdıqda isə - eyni zamanda bütün qapılar açılır. Siz həmçinin gecikmiş bağlanmanı proqramlaşdıra bilərsiniz. Bu, qapılar açıq olduqda Lock düyməsi basılanda, bütün qapılar bağlandıqda siqnal verməsi quraşdırıldıqda baş verir.

Açmaq düyməsi həmçinin böyük funksionallığa malikdir. Onu basdıqda bəzi avtomobillərdə qıfılları açmaqdan əlavə ön qapıları və əgər varsa lyuku açır. Bu, adətən isti iqlimlərdə istifadə olunur və istifadə etməzdən əvvəl maşının havalandırılmasına imkan verir.

Pultdakı qırmızı düymə olduqda onu basarkən siqnal verməsi zamanı da maşın təlaş yaradır. Bu düymə basıldıqda maşın işıq və səs siqnalları ilə maksimum diqqəti cəlb edir. Adətən avtomobil əhatəsində olan şübhəli insanları uzaqlaşdırmaq üçün istifadə olunur.


Tərcümə: Famil Ələkbərov

Şərhlər