Aeratravel.az
Aeratravel.az

Avtomobildə akkumulyatoru nə vaxt dəyişdirmək lazımdır?

  • 2 466
  • 0
  • 20-02-2022, 23:22
Avtomobildə akkumulyatoru nə vaxt dəyişdirmək lazımdır?

Avtomobil eksperti Şaparin avtomobildə akkumulyatorun nə vaxt dəyişdirilməsi lazım olduğunu söyləyib.

Smartfonda da, avtomobildə də olan istənilən akkumulyator zamanla daha pis işləməyə başlayır. Akkumulyatorlar istehsalçıdan asılı olmayaraq 3-4 il işləyir, özü də problemlər daha əvvəl nəzərə çarpır.

Anton Şaparin deyir ki, akkumulyatoru şarjın azalması əlamətlərini görən kimi dərhal dəyişdirilməlidir.

Qışda avtomobil ilk dəfədən işə düşməyə bilər. Problem yenə də akkumulyator lövhələrinin xarab olmasındadır. Çıxış yolu isə mümkün qədər tez yenisini quraşdırmaqdır. Əks halda, siz ən lazımlı anda avtomobilsiz qala bilərsiniz.

Şaparin Sputnik radiosuna müsahibəsində deyib ki, qənaət etmək istəyən avtomobil uzun müddət işləmədikdə, xüsusən də soyuq mövsümdə akkumulyatoru çıxarıb evə apara bilər.


Tərcümə: Famil Ələkbərov

Mənbə: mk-mari.ru

Şərhlər