Aeratravel.az
Aeratravel.az

Yeni elektrikli Lexus superkarı yüzə qədər cəmi 2 saniyəyə sürətlənəcək

  • 751
  • 0
  • 21-02-2022, 11:54
Yeni elektrikli Lexus superkarı yüzə qədər cəmi 2 saniyəyə sürətlənəcək

Masin.az xəbər verir ki, Lexus iki saniyədə yüzə qədər sürətlənən elektrikli superkar hazırlayır.



Lexus şirkəti uzun müddətdir ki, ictimaiyyəti daxili yanma mühərrikləri olan ənənəvi maşınlarla sevindirməyə davam edərək elektromobillərdən kənarda qalr. Amma son aylar Yaponiyanın premium brendi ciddi şəkildə dəyişib. Şirkət elektrikli sedan və iki SUV, EV modellərinin buraxılmasını elan etdi. 

Lexus perspektivli elektrikli superkar nümayiş etdirdi. Hələlik bu maşının adı yoxdur. Press-relizdə layihəni sadəcə olaraq Lexus Electric Supercar adlandırırlar. Avtomobilin uzun kapotu və tüninq edilmiş Toyota Supra tərzində “benzin” proporsiyaları var. Kabin geriyə çəkilib, bütün kuzov perimetri boyunca aerodinamik görünüşü var.



Maşını hazırlayanlar unudulmuş Lexus LFA modelindən (V10 ilə olan bu sportkarı 500 nümunədə buraxmışdılar) ilhamlandıqlarını gizlətmirlər. Onlar söz verirlər ki, yenilik LFA-dan az olmayan yürüş həzzi verəcək. Amma məhz belə modelin satışa çıxarılacağı dəqiq deyil. Məlum olan budur ki, superkar çox tez sürətlənəcək - yüzə qədər cəmi 2 saniyəyə. Avtomobilin maksimum yürüş ehtiyatı 695 km olacaq.


Tərcümə: Famil Ələkbərov

Mənbə: auto.onliner.by

Şərhlər