Aeratravel.az
Aeratravel.az

Tesla elektrokarı dörd il ərzində kosmosda 3 milyard km qət etdi

  • 764
  • 0
  • 21-02-2022, 18:31
Tesla elektrokarı dörd il ərzində kosmosda 3 milyard km qət etdi

Masin.az xəbər verir ki, 2018-ci ildə kosmosa buraxılmış elektrikli avtomobilin Marsa getməsi üçün 320 milyon km qalıb.

2018-ci ilin fevral ayından etibarən Tesla Roadster elektromobili 3 milyard km qət edib və hazırda Yerdən 377 milyon km məsafədədir. 

Qeyd olunur ki, Tesla Roadster Marsa doğru 27955 km/s sürətlə hərəkət edir. Elektromobilin Marsa çatması üçün 320 milyon kilometr qalıb.

Harvard Smitsonov mərkəzindən olan astronom Conatan Makdauellin sözlərinə görə, Tesla hələ də bütövdür, amma meteoritlər tərəfindən zədələnə bilər.

Qeyd edək ki, astronomlar elektromobili müşahidə etmirlər, Toronto Universitetinin astrofizika professoru Hanno Reyn isə onun trayektoriyasının öyrənilməsinin sadəcə olaraq böyük elmi əhəmiyyət daşımadığını bildirib. Onun fikrincə, kosmosda elektromobil sadəcə bahalı kosmik zibildir.


Tərcümə: Famil Ələkbərov

Mənbə: korrespondent.net

Şərhlər